11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
Paşinyanın əmlakları yoxlanılacaq

Paşinyanın əmlakları yoxlanılacaq


Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bütün dövlət məmurlarının əmlakını yoxlamaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.

Report xəbər verir ki, bunu “Joqovurd” qəzeti yazıb.

Qeyd olunub ki, məmurların gizli biznesi, daşınar və daşınmaz əmlakı ilə bağlı araşdırma aparılacaq.

Nəşrin məlumatına görə, MTN-ə təqdim olunan siyahıda yüksək vəzifəli məmurlar, o cümlədən baş nazir Nikol Paşinyan, baş nazirin müavinləri, prezident, parlamentin sədri, deputatlar və başqalarının da adı var.

Tarix: 23-11-2022, 10:49 Oxunub: 37


Bölməyə aid digər xəbərlər