Bakıda valideyni tərəfindən ölümə məhkum edilən uşaqla bağlı araşdırma başladı - YENİLƏNİB + VİDEO

“Bakıda valideynini ölümə məhkum etdiyi uşaq barədə araşdırma aparılır”.
Bu barədə Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.
O qeyd edib ki, qurum tərəfindən yerli icra hakimiyyətinin qəyyumluq şöbəsi ilə birlikdə araşdırma başlanılıb:
“Komitənin psixoloqu, sosial işçisi və hüquqşünasları məsələyə cəlb edilib. Uşağın sağlamlığı, valideynin psixoloji və sosial vəziyyəti qiymətləndirildikdən sonra körpənin maraqları nəzərə alınaraq, o və ailəsi barədə qərar veriləcək.
Məsələ hazırda komitənin nəzarəti altındadır”.
09:47
“Bakıda beş aylıq uşaq ruhi xəstə valideynin ucbatından ölümə məhkum edilib”.
Bunu Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə, uşaq A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib:
“Ailə Xəzər rayonu, Binə qəsəbəsində səfalət içində yaşayır. Beş aylıq uşağın aclıqdan iki kiloqram çəkisi qalıb. Ana ruhi xəstədir. Deyir “Mən vergiliyəm, uşağıma kimsə dəyə bilməz”. Uşaq ölüm və həyat arasındadır. Onun qasıq yırtığı və qaraciyərlə bağlı problemi də var.
Dünən qonşu azyaşlı uşağı məcburi şəkildə xəstəxanaya yerləşdirib”.
K.Ağazadə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çağırış edib:
“Komitəyə səslənirəm. Bu qurum son vaxtlar çox aktiv şəkildə çalışır. Onların köməyilə neçə uşağı ağır vəziyyətdən xilas etmişik”.
[video=]


Tarix: 22-07-2020, 11:13 Oxunub: 102


Bölməyə aid digər xəbərlər