12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
ABŞ Çindən konsulluğunu bağlamağı tələb etdi

ABŞ Çinin Hyustondakı Baş Konsulluğunun 72 saat ərzində bağlanmasını tələb edib.
“Reuters” xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi bu məlumatı təsdiqləyib.
Nazirlik qərarı siyasi təxribat, beynəlxalq hüququn və Çin-ABŞ konsulluq müqaviləsinin ciddi şəkildə pozulması adlandırıb. Pekin səhvin düzəldilməsi və qərarın ləğv olunmasına çağırıb, əks halda Çinin qisas alacağı bildirilir.
Qeyd edilir ki, Hyustonda yerli sakinlər Çin konsulluğunun binasına yanğınsöndürən maşınlar çağırıblar. Diplomatlar konsulluğun həyətində sənədləri yandırıb, yanğınsöndürmə xidmətinin girişinə icazə verməyiblər.
Adıçəkilən konsulluq Çinin ABŞ-dakı altı diplomatik nümayəndəliyindən biridir. Yerdə qalanları Vaşinqton, Nyu-York, Çikaqo, Los-Anceles və San-Fransiskoda yerləşir.


Tarix: 22-07-2020, 11:43 Oxunub: 88


Bölməyə aid digər xəbərlər