12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bakıda daha 32 mənzil çıxarışla təmin olundu - VİDEO

Bu gün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, 124 ünvanında elektron çıxarışın hazırlanması üçün mülki sənədlər təqdim olunub. Səyyar sənəd qəbulunun bu mərhələsində 32 mənzil çıxarışla təmin edilib.
Baku TV xəbər verir ki, fərman imzalandığı gündən indiyədək müxtəlif mənzil-tikinti kooperativlərinin inşa etdiyi 279 yaşayış binasında 22 322 mənzilə elektron çıxarış verilib.
Mənzillərin İqtisadiyyat Nazirliyinin müvafiq strukturunda səyyar qeydiyyatı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanla müəyyənləşdirilmiş vəzifələrin icrası çərçivəsində həyata keçirilir.
Bakıda yeni binalardakı mənzillər çıxarışla təmin olunduqdan sonra proses Xırdalan, Yevlax və Gəncə şəhərlərində davam etdiriləcək. Növbəti sənəd qəbulu isə iyulun 25-də saat 11:00-dan 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 990 ünvanında keçiriləcək.


Tarix: 24-07-2020, 18:25 Oxunub: 55


Bölməyə aid digər xəbərlər