72 gündən sonra fəaliyyətə başlayan metrodan İLK FOTOLAR

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən sentyabrın 14-dən Bakı metropoliteni yenidən fəaliyyətini bərpa edib. Bu gün səhər saat 06:00-dan Bakı metropoliteninin stansiyaları qapılarını yenidən sərnişinlərin üzünə açıb.
Burada xüsusilə diqqətimizi çəkən məqamlardan biri sərnişinlərin avtobuslarda maska istifadəsi ilə bağlı yaratdıqları problemlərdən fərqli olaraq metroda bu qaydalara hər kəsin bir nəfər kimi riayət etməsidir. Nəzərə alsaq ki, ekpress avtobuslardan istofadə zamanı yollarda yaranan sıxlıq səbəbindən sərnişinin normalda 30 dəqiqəyə çatmalı olacağı nöqtəyə ən azı 50 dəqiqəyə gedirsə və bu avtobuslarda da kondisiner sistemi dayanmadan işləyir, o zaman metronun daha əlverişli və təhlükəsziliyi amili üzə çıxır. 
Qeyd edək ki, sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılacaq.


Tarix: 14-09-2020, 11:25 Oxunub: 105


Bölməyə aid digər xəbərlər