3 dövlət şirkəti büdcədən 76.5 milyon manat vəsait alacaq

Nəqliyyat və rabitə xərcləri üçün 2021-ci il dövlət büdcəsindən 208,7 milyon manat vəsait proqnozlaşdırılmışdır.
QanunXəbər.com xəbər verir ki, həmin məbləğdən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti üçün 10 milyon manat (Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranmış zərərin ödənilməsi), “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti üçün 39,2 milyon manat (sərnişindaşıma xidmətlərinə görə subsidiyanın verilməsi), “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti üçün 27,3 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Dövlət orqanları üçün lisenziyalı kompüter proqramlarının alınması, “Hökumət buludu”nun (G-cloud) yaradılması və bu sistemə qoşulmuş qurumlar üzrə müvafiq xidmət xərclərinin örtülməsi və digər zəruri xərclərin maliyyələşdirilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən 19 milyon manat vəsait ayrılacaqdır.


Tarix: 22-12-2020, 10:59 Oxunub: 56


Bölməyə aid digər xəbərlər