Fikrət Şərifov- Melorasiya sahəsində qazanılmış nailiyyətlər Zaqatala rayonunda bu il də uğurla davam etdirilir

Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır.. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin rəhbərliyi ilə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində görülən işlər danılmazdır. Qeyd etmək lazımdır ki, ötən illər Zaqatala rayonunda qazanılmış nailiyyətlər bu il də uğurla davam etdirilir. Dövlət başçısının ölkə melioratorlarının əməyinə və bu sahənin roluna verdiyi yüksək qiymət melioratorlarımızı daha səylə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir.
Fikrət müəllim hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Fikrət müəllimin həyat səlnaməsinə nəzər salanda görürük ki , o , hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O ,hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.
Fikrət müəllimin rəhbərlik etdiyi  işlədiyi Zaqatala Suvarma Sistemləri İdarəsində qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılması Fikrət müəllimin zəhməti sayəsində başa gəlib.
Bizdə bu çətin və şərəfli işində Fikrət müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.


Tarix: 16-01-2021, 01:45 Oxunub: 129


Bölməyə aid digər xəbərlər