Gəncədə 100-ə yaxın tibb işçisi peyvənd olundu - Foto

Yanvarın 18-də Azərbaycanda COVİD-19-a qarşı vaksinasiya prosesinə start verilib.
QanunXəbər.com Publika.az-a istinadən xəbər verir ki, Gəncədə də bu məqsədlə 5 səhiyyə müəssisəsində yaradılan vaksin otaqlarında infeksiyay qarşı kütləvi peyvənd aksiyası həyata keçirilir. İlkin olaraq prosesə tibbi işçiləri cəlb olunub.
Qeyd olunub ki, ötən gündən başlayaraq Gəncə şəhərində həyata keçirilən ketləvi vaksinasiya tədbirlərinə ilkin olaraq tibb işçilərindən başlanılıb. Bu günə kimi 100-ə yaxın səhiyyə işçisi vaksin olunub və aldığımız məlumata görə, qəbul edilən vaksinlə bağlı tibb işçiləri arasında hərhansı bir narahatçılıq yaşanmayıb. İlkin olaraq Gəncə şəhərinə 300 dozada vaksin gətirilib və peyvəndlənən hər bir şəxsə növbəti vaksinasiyaya qədər xüsusi pasport verilir. Gəncədə 5 səhiyyə ocağının hər birində 2 peyvənd, 2 fosfaksinal aparatı və 1 şok əleyhinə otaq yaradılıb. Vaksin otaqları peyvənd saxlama üçün soyuducu və dərman ləvazimatları ilə təmin edilib. Vaksinin vurulması üçün isə ixtisaslı tibbi personal aparır.


Tarix: 21-01-2021, 22:12 Oxunub: 83


Bölməyə aid digər xəbərlər