11:37 / 25-11-2024
Əli Əsədov qərar imzaladı
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Şirkətlər və sahibkarlar üçün Ani Ödənişlər Sistemi üzərindən ödənişlər etmək imkanı yaradılıb

Yelo Bank Azərbaycanda ilk dəfə hüquqi şəxslər və sahibkarlar üçün 24/7 rejimində Ani Ödənişlər Sistemi (AÖS) üzərindən hesablararası köçürmə və ödənişləri etmək imkanı yaradıb.
Marja xəbər verir ki, bu, bankın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, sistemdən Yelo Bank-ın internet bankçılıq xidməti vasitəsilə istifadə etmək mümkündür.
Bu xidmətin tətbiqi nəticəsində hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaları sadələşdirilmiş identifikatorlar vasitəsilə (VÖEN, mobil nömrə, e-poçt) bank hesabları üzərindən aparmaq olur.
Sadalanan əməliyyatları eyni qaydada, Yelo Bank-ın filial şəbəkəsi vasitəsilə də həyata keçirmək mümkündür.
Qeyd edək ki, Ani Ödənişlər Sistemi (AÖS) Mərkəzi Bank tərəfindən 2020-ci ildə istifadəyə verilib. Yaxın zamanda AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılması planlaşdırılır.


Tarix: 27-01-2021, 09:16 Oxunub: 76


Bölməyə aid digər xəbərlər