Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 232 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 271 nəfər müalicə olunaraq sağalıb, 3 190 nəfər vəfat edib. Hazırda 2 175 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7216 , bu günə qədər isə ümumilikdə 2 528 610 test icra olunub.
Qeyd edək ki, 17 Fevral 2021-ci il tarixində 154 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.


Tarix: 18-02-2021, 16:27 Oxunub: 49


Bölməyə aid digər xəbərlər