Fazil Həsənov-Nümunəvi rəhbər

Suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, İsmayıllı rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Yeni subartezian quyuları qazılır, yeni suvarma kanalları çəkilir, mövcud subartezian quyuları, kanallar və hidrotexniki qurğular təmir edilir.
Fazil müəllimin rəhbərlik etdiyi İsmayıllı Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Əhalinin içməli, əkin sahələrinin suvarma suyu ilə təminatı vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Suyu əkin sahələrinə ötürən nasos stansiyaları əsaslı və cari təmir olunur. Suvarma kanallarının ildən-ilə təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri SSİ-nin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.
Fazil müəllimin dəfələrlə qeyd etdiyi kimi, dövlət başçısının ölkə melioratorlarının əməyinə və bu sahənin roluna verdiyi yüksək qiymət melioratorlarımızı daha səylə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir. Belə qayğılı münasibətdən ruhlanan İsmayıllı rayon Suvarma Sistemləri İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir.


Tarix: 14-04-2021, 20:12 Oxunub: 160


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı