09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
10:26 / 27-07-2026
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
10:21 / 27-07-2026
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Cəsarət Əhmədov: Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması müasir tariximizin mühüm hadisəsidir
Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov Azərbaycanın dayanıqlı inkişafında islahatlar prosesinin önəmini xüsusi qeyd edərək diqqəti 2016-cı ilin 26 sentyabrında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə yönəldib: “Dövlət idarəçilik sistemində Birinci vitse-prezidentlik institutunun yaradılması cənab İlham Əliyevin islahatlar kursunun təzahürüdür. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncamla Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsi kimi dəyərləndirildi. Ötən 5 ildə əldə olunan uğurlar bu fikri əminliklə söyləməyə əsas verir ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin səmərəlilik və çevikliyini artırıb. Azərbaycanda təkmil idarəçilik sisteminin mövcudluğu beynəlxalq səviyyədə təqdir edilir. Daim yeniliklərə, təkmilləşməyə maraq göstərən Azərbaycanın inkişaf modelinin dəstəklənməsində də bu amilin rolu xüsusi qeyd edilir”.
Cəsarət Əhmədov Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyət istiqamətlərindən geniş bəhs edərək bildirib ki, dövlət başçısı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bu təyinatı şərtləndirən amilləri belə əsaslandırmışdır ki, çoxşaxəli, eyni zamanda, uğurlu fəaliyyət qərarın qəbulunda əsas rol oynamışdır. Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, xeyirxah bir insandır. Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Bu əminlik də ifadə edilmişdir ki, Mehriban xanım Əliyeva bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.
“Mehriban xanım Əliyevanın fəaliyyətinə hansı sahədən baxsaq dövlətə və xalqa xidmətin nümunəsini görərik” söyləyən Cəsarət Əhmədov vurğulayıb ki, onun Heydər Əliyev Fondunun prezidenti kimi gördüyü işlərin miqyasına diqqət yetirmək kifayətdir: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin irsinin təbliği məqsədilə yaradılan Fond Azərbaycanın tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin qorunması və təbliği istiqamətində mühüm addımlar atıb. Təhsilin, səhiyyənin, idmanın inkişafı, həmçinin ekoloji məsələlərin həlli ilə bağlı biri-birindən əhəmiyyətli layihələr həyata keçirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və əmin-amanlıq şəraitində yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanır. Müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyalarının keçirilməsi, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələrin reallaşdırılması, həmçinin Bakının İslam mədəniyyətinin paytaxtı olması önəmli təşəbbüs və vacib işlər kimi qeyd edilə bilər. Hazırda tarixi Zəfərimizin mühüm reallıqlarından olan işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri çərçivəsində tarixi və dini abidələrimizin bərpası Heydər Əliyev Fondunun öz imkanları hesabına həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ötən ilin mayında “Xarıbülbül” musiqi festivalı ənənəsinin bərpası da Mehriban xanım Əliyevanın Azərbaycanın tolerant ölkə kimi dünyaya təqdimatına verdiyi böyük töhfələrdəndir. “Xarıbülbül” musiqi festivalı vasitəsilə bir daha dünyaya birlik, həmrəylik, sülh, dostluq mesajı ünvanlandı. Musiqi festivalının birinci günündə Azərbaycanda yaşayan müxtəlif xalqların, millətlərin musiqi yaradıcılığının təqdimatı da bu mesajların məcmusu oldu”.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın nüfuzunun artmasında, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin təqdim olunmasında əhəmiyyətli rol oynayıb: “Azərbaycan və dünya ictimaiyyəti 2015-ci ildə Bakının ev sahibliyi etdiyi ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin, Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisə kimi diqqətdə oldu. Azərbaycanın Birinci vitse-prezidenti siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə gəlir”.
Cəsarət Əhmədov yüksək etimadın və ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin nümunəsi olaraq dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyevanın partiya Sədrinin Birinci müavini təyin edilməsini xüsusi qeyd edib: “Sözlə əməl birliyi sayəsində, dövlətə, xalqa xidməti ilə ümumxalq partiyası adını qazanan və cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda qarşıya qoyduğu vəzifələrin uğurlu icrasında yeni təyinatın rolu böyükdür. Bu təyinat, eyni zamanda, Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb”.
“Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür” söyləyən Cəsarət Əhmədov bu ümumiləşdirməni xüsusi qeyd edib ki, çoxşaxəli fəaliyyətə görə təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. Mehriban xanım Əliyevanın ən böyük mükafatı Azərbaycan xalqının sevgisidir.
Bölməyə aid digər xəbərlər

Tarix: 21-02-2022, 14:35 Oxunub: 325
Bölməyə aid digər xəbərlər
21-02-2022, 05:30
Mahir Məmmədov: Prezidentlə çiyin-çiyinə, xalqın arasında
18-02-2022, 09:00
Kamaləddin Qafarov: “Azərbaycan cəmiyyəti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlü fəaliyyətinin dəfələrlə şahidi olub”
17-02-2022, 10:33
Məhi Həsənov: Heydər Əliyev Fondu bu gün Cənubi Qafqaz regionunda ən böyük təşkilat kimi çoxşaxəli, xoşməramlı, qurucu fəaliyyətini uğurla davam etdirir
25-01-2022, 16:56
Cəsarət Əhmədov: “Dövlət Gömrük Komitəsinin fəaliyyəti dövlətə sədaqət və xalqa xidmət prinsipləri əsasında düzgün qurulub”
1-11-2021, 22:20
Prezident və birinci xanım Lahıcda məsciddəki bərpa-təmir işləri ilə tanış olublar - YENİLƏNİB
31-08-2021, 11:44
Phd Dilqəm Məhərrəmov: Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da böyük təkan verir
30-08-2021, 09:10
Peykan Mehrəliyevə: Səhiyyənin inkişafı üçün böyük işlər görülür
25-08-2021, 08:52
Hər kəs üçün “SİZİN MEHRİBAN”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 10:52
Anar Kərimov kollektivə təqdim edildi
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
3-07-2020, 11:38
Leyla Əliyevanın doğum günüdür