KTMT Azərbaycana qarşı təcavüzkarlığın yolverizməliyi barədə Ermənistana xəbərdarlıq edib

Bakıda da gözlənildiyi kimi, sərhəddəki erməni təxribatının məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) üçüncü tərəf kimi cəlb etmək cəhdi idi. Bu gün Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan KTMT-nin Baş katibi, Belarusun nümayəndəsi Stanislav Zas ilə telefon danışığı keçirib.
Sonradan Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə əlaqədar KTMT-nin Daimi Şurasının təcili iclas keçirəcəyi məlum oldu.
Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru, tanınmış Rusiya və Belarus hərbi-siyasi təhlilçisi Aleksandr Tixanski Media.Az-a verdiyi müsahibədə KTMT-nin münaqişəyə müdaxiləsini istisna edib.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu münaqişə ilə bağlı mövqeyi çoxdan məlumdur. KTMT müdaxilə etməyəcək. İzah edim. Ermənistan istisna olmaqla, təşkilata üzv ölkələr bunu ikitərəfli - Ermənistan və Azərbaycan arasında münaqişə kimi tanımırlar. Hərbi əməliyyatların harada baş verməsindən asılı olmayaraq, bu, Dağlıq Qarabağ ətrafında münaqişədir”, -  deyə, Aleksandr Tixanski vurğulayıb.
Onun sözlərinə görə, sazişlər KTMT-nin bu bölgədəki qarşıdurmaya müdaxiləsini istisna edəcək şəkildə bağlanıb. Təşkilat Ermənistana yardım göstərməyəcək:
“Üstəlik, Yerevana daim xəbərdarlıq edilib ki, Azərbaycana qarşı heç bir təcavüzkar hərəkətlər edilməməlidir. Münaqişə üçtərəfli formata keçirilib (Ermənistan, Azərbaycan və tanınmamış “DQR”). Kəskinləşmənin başladığı yerlərdə - təmas xəttində, ölkələr arasındakı sərhədə heç bir fərq olmayacaq. Bundan əlavə, KTMT Baş katibi Stanislav Zasın təşkilatın baş katibi təyin olunmasına mane olan Ermənistan barədə yaxşı, yeni bir xatirəsi var”.


Tarix: 13-07-2020, 13:26 Oxunub: 95


Bölməyə aid digər xəbərlər