12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nadir Zeynalov: “Vətəndaşlar karantin qaydalarına riayət edərsə...”

“Ölkədə payız və qış ayları üçün epidemioloji vəziyyətə nə qədər hazırlıqlı olmağımız bu gün qaydalara əməl edilməsindən və əldə olunan nəticələrdən asılıdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, karantin qaydalarına riayət edilməsi hazırlıq prosesinə təsir edir:
“Həm dövlət, həm də vətəndaşların üzərinə məsuliyyət düşür. Dövlət tərəfindən epidemiyanın nəzarətdə saxlanılması istiqamətində atılan addımlar öz nəticələrini verir. Vətəndaşlar karantin qaydalarına riayət edərsə, iş yerləri də yumşaldılma şəraitində açıla bilər.
Əgər dezinfeksiya və karantin qaydalarına düzgün əməl olunmazsa, bu da öz növbəsində mənfi nəticələrə gətirib çıxara bilər”.


Tarix: 20-07-2020, 17:31 Oxunub: 109


Bölməyə aid digər xəbərlər