12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
“Qarabağ”ın yeni transferi: “Oyunumla özümü azarkeşlərə sevdirəcəyəm” - FOTO

“Təbii ki, “Qarabağ” haqqında məlumatım var idi, bilirdim ki, ölkənin ən böyük klubudur”.
Oxu.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi, 30 yaşlı serbiyalı yarımmüdafiəçi Uroş Matiç deyib. 
O bildirib ki, “Qarabağ”ın müntəzəm olaraq, avrokuboklarda çıxış etməsi bu klubu seçməyində əsas rol oynayıb:
“Artıq “Qarabağ”ın içindəyəm. Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüf deyil. Komandada çox yaxşı ailə atmosferi var və çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrildim. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəyəm”.
Qeyd edək ki, yardımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə bağlanılıb.


Tarix: 26-07-2020, 12:52 Oxunub: 115


Bölməyə aid digər xəbərlər