"Marsel" - "Qarabağ" matçı ilə bağlı şok xəbər

"Marsel" - "Qarabağ" matçı ilə bağlı şok xəbər


"Qarabağ" klubunun Fransada "Marsel"ə qarşı keçirməli olduğu UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk matçı neytral ölkədə baş tuta bilər.

Offsideplus xəbər verir ki, buna səbəb təmsilçimizin futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır.

Belə ki, UEFA  məsələ ilə bağlı yerli hakimiyyətlə danışıqlar aparır və oyunçular üçün istisna tətbiq edilməsinə çalışır. Tərəflər razılaşa bilməsələr, Avropanın ali futbol qurumunun qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə baş tuta bilər.

Xatırladaq ki, "Qarabağ" "Marsel"lə ilk matçını fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Tarix: 28-01-2022, 10:50 Oxunub: 42


Bölməyə aid digər xəbərlər