12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dr.İlham Məmmədov Turan Klinikasının cərrah-fleboloqu

Tam səmimiyyətlə deyə bilərəm ki, Turan Klinikasında insanlara göstərilən yüksək səviyyəli səhiyyə xidməti, ən müasir tibbi biliklərə yiyələnmiş savadlı həkimlərin peşəkarlığı,pasientlərlə xoş rəftar və diqqət haqlı olaraq klinika haqqında müsbət ictimai rəyin və cəmiyyətin yüksək münasibətinin formalaşmasını şərtləndirib. Burada yaradılan şərait heç də Avropanın ən qabaqcıl klinikasından geri qalmır. QanunXəbər.com İnformasiya Agentliyi olaraq, redaksiyamıza ünvanlanan məktublarada pasientlər Turan Klinikasının cərrah-fleboloqu  Dr. İlham Məmmədovun peşəkarlığından böyük razılıq ifadə edirlər. Həkim-fleboloq adını ləyaqətlə daşıyan İlham Məmmədov peşəkar həkim və yüksək mənəvi dəyərlərə malik olan əsil insandır. Həkim yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin daha çox rəğbət və hörmətini, sevgisini qazanır. 
Təqdim etdiyimiz bu məqalə həkim-cərrah İlham Məmmədovun böyük səyi və zəhməti ilə həyata qayıdan yüzlərlə xəstələrdən biri olan Samir Məmmədovun redaksiyamıza ünvanladığı məktub əsasında tərtib olunmuşdur. Samir müəllim deyir, ki: İlham həkimi təkcə Bakıda yox respublikamızda və ondan kənarlarda da çox savadlı, bacarıqlı cərrah-fleboloq kimi tanıyırlar. Məhz buna görə llham Məmmədova müraciət edən xəstələrin sayı həddindən artıq çoxdur.
Həkimin dəqiq diaqnozu məni ölümün pəncəsindən qurtardı. O, məni  əməliyyat etdi və biz orada olduğumuz müddətdə şöbənin işçiləri əllərindən gələni etdilər ki, müalicə yüksək səviyyədə getsin. Ona görə də belə qərara gəldim ki, Turan Klinikasının həkim- cərrahı İlham Məmmədov başda olmaqla bütün xəstəxananın kollektivinə öz təşəkkürümüzü sizin redaksiya vasitəsilə bildirim. Bu, təkcə bizim yox, İlham həkimin əlindən şafa tapan yüzlərlə xəstələrin arzusudur. Ailəmin hədsiz həyəcanlandığını görən İlham həkim bildirdi ki, narahat olmağa heç bir səbəb yoxdur. Xəstəniz sağalacaq. Arzumuz budur ki, təki Azərbaycandakı bütün xəstəxanalarda Turan Klinikasında olan diqqət, mehribançılıq, hər işçinin öz işinə peşəkarcasına yanaşması kimi olsun. Onda həqiqətən də xəstələrimiz rufah hallarının ağır olduğu bu vəziyyətdə borc-xərclə müalicə olunmaq üçün daha xarici ölkələrə getməz və onlar öz müalicələrini də məhz ölkəmizdə davam etdirər, tam sağalarlar.
Hörmətli redaksiya! Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Sizdən xahiş edirəm ki, İlham Məmmədov kimi həkimin də zəhmətini qiymətləndirəsiniz. Və sonda mənim sağlam həyata qayıtmağımda çəkdiyi zəhmətə görə Ilham həkimə təşəkkür edirəm. Həyatda və işlərində uğurlar arzulayıram.


Tarix: 30-01-2021, 08:33 Oxunub: 801


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı