QanunXəbər.com İnformasiya Agentliyinin ünvanına gələn məktubların içərisində valideynlərin həkimindən məmnunluğunu bildirməsi üçün hazırladığı bu yazının yayımlanmasını istəməsi diqqətimizi çəkdi və yazını olduğu kimi sizlərə təqdim edirik. Və bizdə düşünürük ki, Azərbaycanda Tibb yüksək səviyyədə inkişaf edir və dəyərli və savadlı mütəxəssislər günü gündən çoxalır.
Əliyevlər ailəsi olaraq klinikanın MediPlanet klinikasının həkim-pediatrı Bəxtiyar həkimə qəlbdən təşəkkür edirik, can sağlığı işlərində uğurlar arzulayırıq. Qeyd edim ki, övladım dünyaya vaxtından əvvəl göz açmışdı, başqa klinikalara müraciət etsək də, müsbət nəticə əldə olunmamışdı. Biz övladımızı bura demək olar ki, çox ağır vəziyyətdə və ümidsiz şəkildə Bəxtiyar həkimin öhdəsinə təhvil verdik. Bəxtiyar həkimin böyük diqqəti, səyi, güclü bacarıqları, təyin etdiyi müalicə sayəsində övladımız həyata gözünü açdı. Elə bil ki, bizim üçün balamız ikinci dəfə dünyaya gəldi. Hazırda səhhəti yaxşıdır, özünü rahat hiss edir, daha da yaxşı olacağıma ümid edirəm Bütün bunlara görə bir ana olaraq mən, klinikanın həkim-pediatrı Bəxtiyar Qarayevə təşəkkür etməyi özümə borc bildim.
Bəli, daha yaxşı halın varlığı odur ki, hər kəs çalışdığı sahədə öz təcrübəsi, bacarığı, savadı ilə fərqlənsin və üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gəlməyi də bacarsın. Belə bir göstəriciləri və digər keyfiyyətləri ilə fərqlənən Bəxtiyar həkim, bu gün Azərbaycan səhiyyəsində xüsusi ad-san qazanıb ki, bu da hər an ona başucalığı gətirməkdədir. İnanırıq ki, bu şəxsin peşəkarlığa söykənən fəaliyyəti, onun adının çox yaxın vaxtlarda ölkəmizin hüdudlarından çox-çox uzaqlarda tanınmasına da səbəb olacaq.
MediPlanet Klinikası
Ünvan: Yusifbəy İbrahimli küçəsi 1
Mobil(+994) 50 364-48-08
Bölməyə aid digər xəbərlər