12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Qarabağdakı gərginlik KİMƏ SƏRF EDİR? - AKTUAL



Qarabağda münaqişənin, mübahisəli məsələlərin qalması birinci növbədə Rusiyaya, ikinci növbədə isə Qərbə lazımdır.
Kadrları bir az geri çevirək.
Ermənistanda Levon Ter-Petrosyanın devrilməsi (istefa adı ilə rəsmiləşib_ Rusiya-ABŞ planının icrası idi.
Petrosyanın Azərbaycanla danışıqlara üstünlük verməsi, ərazilərin qaytarılmasına razılığı Rusiya ilə ABŞ-nin maraqları ilə ziddiyyət təşkil edirdi.
Petrosyandan sonra hakimiyyətə gələn Robert Koçaryanın, Serj Sarkisyanın Rusiya ilə münasibətlərdə Moskvanı ağa kimi görməsi Qərbi hiddətləndirmirdi, çünki onlar üçün donmuş münaqişənin açılmasını tormozlayan liderlər lazım idi.
Məntiqlə, həm Koçaryan, həm də Sarkisyan Rusiyanın çətiri altında Qərbə də sərfəli fiqurlar kimi yetişmişdi. Fikir verirdinizmi, Qərb də Koçaryanın, Sarkisyanın Rusiyanın adamı olmasından narahat deyildi, əksinə, hər addımda Azərbaycan hədəfə alınırdı.
Qısası, Cənubi Qafqazın Qarabağ səhnəsində Rusiyanın da, Qərbin də ortaq bir marağı var: Ən azından böhranlı vəziyyət qalsın. Problem isə nəticələrin bölüşdürülməsi ilə əlaqədar yaranan fikir ayrılıqlarıdır…

Aqşin Kərimov - DİA.AZ

Tarix: 13-03-2023, 16:00 Oxunub: 22


Bölməyə aid digər xəbərlər