13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
09:38 / 20-11-2024
Aİ-92 benzini və dizellə bağlı dəyişiklik
SEPAH-ın azərbaycanlı polkovniki: `Güney Azərbaycan azad və müstəqil olacaq` - İranın Azərbaycan planını açdı...
İran deyilən ölkə dalana dirənib. Bir yandan nüvə razılaşmasına görə Avropa və Amerika ilə problemləri yaranıb, digər tərəfdən daxildə ciddi iqtisadi çətinliklərlə üzləşib. Bu isə SEPAH-da ixtilafların yaranmasına səbəb olub.
Bu sözləri Axar.az-a Ərdəbil vilayətində SEPAH-ın kəşfiyyat komandirinin müavini olmuş polkovnik Əli Rzayi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daxilində yaranan böhran və parçalanmalara aydınlıq gətirərkən deyib.
O, SEPAH-ın daxili siyasəti ilə bağlı bir neçə məqama toxunub:
“Bəzi general və yüksək rütbəli zabitlər anlayır ki, İslam Cümhuriyyəti var olduğu müddətdə İrandakı problemlər çözülməyəcək. Odur ki, komandirlər gizlində bir yol axtarırlar ki, bu qarışıqlıqdan çıxsınlar. Həm yüksək, həm də aşağı rütbəli zabitlər arasında gedən gizli söhbətlər bəzən kənara sızır. SEPAH-da bu cür ixtilaflar mövcuddur. Lakin SEPAH-ın siyasi quruluşu bir az başqa cürdür. Özü üç qrupa bölünür: 1) Hərbi güclər, ona komandirlər nəzarət edir; 2: Vəliyi-fəqihin nümayəndələri, mollaların əlindədir, siyasət işlərinə bunlar baxır. Heç bir komandirin siyasi açıqlama, ya da fikir bildirməyə izni yoxdur; 3) Təhlükəsizlik qüvvələrinə nəzarət edən bölüm. Onlar da qurumun daxilində üsyana, hakimiyyətə müxalif olanlara nəzarət edirlər. Belə şəxslər olarsa, onları “rəhimsiz” adı ilə SEPAH-dan uzaqlaşdırırlar. Mən özüm də bunun qurbanı olmuşam. Ümumiyyətlə, SEPAH-ın daxilində fikir ayrılıqları var. Məmləkətin dalana dirənməsinin böyük təqsirkarı SEPAH-ı bilirlər. Çünki ölkədə hər sahəyə - iqtisadiyyata, mədəniyyətə, siyasətə müdaxilə edərək, ölkənin bu vəziyətə düşməsinə səbəb olub”.
Polkovnik SEPAH və ona məxsus media qrumlarında Azərbaycanla bağlı səsləndirilən təhdidlərdən də danışıb:
“Azərbaycanla bağlı təhdidləri təbliğatdır. Ciddi bir iş görə bilmirlər deyə, öz uğursuzluqlarını belə təhdidlərlə, hədələrlə sığortalayırlar. İran və onun ideoloji qolu olan SEPAH inqilab fəlsəfəsinin dünyada və müsəlman ölkələrinin içində yayılmasını istəyir. Azərbaycan şiə toplumunun çox yaşadığı ölkələrdən biridir, lakin bura lazımınca nüfuz edə bilməyiblər. Yəməndə, Suriyada, İraqda milyardlarla vəsait sərf ediblər. Suriyada bu işlər üçün 40 milyard dollar pul xərcləyiblər. Ancaq bir nəticə əldə edə bilməyiblər. İsrail, demək olar ki, hər gün SEPAH-ın ordakı mövqelərini vurur. Husiləri bu qədər dəstəkləmələrinə rəğmən, Ərəbistanla danışıqlara başladılar. Bir sözlə, belə uğursuzluqlarını ört-basdır etmək və hələ də nüfuzlarını itirmədiklərini göstərmək istəyirlər. “Hələ də, ideologiyamız yaşayır, adamlarımız var. Onları əldən verməmişik” kimi fikrləri yaymağa çalışırlar. Məqsədləri “Huseyniyyun” təşkilatını formalaşdırıb, onu böyük güc kimi təqdim etməkdir. Əslində, böyük güc deyillər. Məlumatıma görə, onların sayı cəmi 10-15 nəfərdir. Təbrizdə konsulluğun qarşısına toplaşanların çoxu isə “Bəsic”ə bağlı qüvvələr idi. Onları “Huseyniyyun” adı ilə təqdim etdilər”.
Rzayi bildirib ki, molla rejimi müxalif qüvvələri təhrik etmək məqsədi ilə də bu cür addım atırlar:
“Düşünürlər ki, Güney Azərbaycanın istiqlal məsələsi gerçəkləşsə, İran dağılacaq. Çünki Güneydə olan azərbaycanlılar böyük toplumdur, ayağa qalxan kimi, İran dağılacaq. Ona görə, Azərbaycana qarşı belə təxribat və təhdid dolu çıxışlar edirlər.
İranın hazırkı durumu belədir ki, etirazlar davam edir, millət İslam Cümhuriyyətini istəmir. Bunlar isə toplumun fikrini yayındırmaqla məşğuldur. Xalqı “İranın hazırkı hakimiyyəti olmasa, hər şey qarışar, geoplitik dəyişiklik olar, Azərbaycan gəlib onlara təhlükə yaradar” fikrinə inandırmağa çalışırlar”.
O, İran rejiminin ölkəmizə olan təhdidlərinin sözdən o tərəfə keçməyəcəyini bildirib:
“İnanmıram ki, Azərbaycana hərbi müdaxilə etsin. Çünki bu, Azərbaycanın bütövləşməsi üçün bir imkan deməkdir. Bu imkanı İran dövləti heç zaman yaratmaz. İndiki halda İranın vəziyyəti kiminləsə dava edəcək durumda deyil”.
Əli Rzayi SEPAH-ın Azərbaycan Respublikası ilə bağlı gizli planlarından da söz açıb:
“Mən SEPAH-da çalışdığım dönəmlərdə Azərbaycanla bağlı tapşırıqlar verilmişdi. 14-cü mərkəz, yaxud da “Caherdah Mənsum” adlı bölmə var idi. İndi də Təbrizdə var, mən də orada çalışırdım. Bu mərkəzin Astarada, Ərdəbildə, Urmuda, Parsabadda olan bazaları Azərbaycanla bağlı kəşfiyyat işləri aparırdı. Hərbi, siyasi, mədəniyyət sahələrini incələyir, analiz edir və medialarını hər gün oxuyub, nəzarət edirdilər. Amerikanın İrana hücum edəcəyi ilə bağlı söhbətlər gedirdi. İran da qorxurdu ki, hücum Azərbaycan torpaqlarından təşkil olunacaq. Azərbaycan ərazilərini alt qatlara kimi öyrənməyə çalışırdılar: Yollar, böyük iqtisadi binalar, neft mədənləri hamısı hədəfdə idi. Amerika hücumu Azərbaycan ərazisindən təşkil etsəydi, bu mərkəzlər vurulacaqdı. Salyan körpüsü, Mingəçevir kimi yerlərin layihəsini çıxardıb, xəritəsini hazırlamışdılar.
Hazırda SEPAH-ın Azərbaycanla bağlı əsas planı daxilə nüfuz etməkdir. “Huseyniyyun” tipdə təşkilatları gücləndirib, sözdə demokrat bir partiya yaratmaq fikrindədilər. Arzuları bu partiyaları dövlət işlərinə, Milli Məclisə soxub, onların gücündən istifadə etməkdir. Bununla da Azərbaycan İraqda olduğu kimi, dolayısı ilə İranın təsiri altına düşər. İraqda hakimiyyətə gələnlər də eyni ilə “Hüseyniyyun” kimi təşkilatlar idi. İranda xidmət ediblər. Səddam getdikdən sonra bunları demokratik qüvvələr adı ilə xeyli pul xərcləyib yüksək vəzifələrə təyin etdilər. İran rejiminin Azərbaycan ssenarisi də eynilə bu cürdür”.
Güney azərbaycanlıların bir çoxunun SEPAH-da olduğunu deyən sabiq polkovnik onların rejimin təsirinə düşmə ehtimalını da istisna etməyib:
“Düşünmürəm ki, ideologiya naminə SEPAH-dan olan azərbaycanlı əsgərlər silaha əl atalar. Lakin İranın təbliğat orqanları mollaların əlindədir. Bəzi fikirləri onların beyninə təlqin edə bilərlər. Düzdür, SEPAH-ın öz içində müxtəlif fikirlər vardır, çoxlarının ürəyi Azərbaycanladır. Millətçidirlər. Lakin dini baxışları güclü olanlar da var. İmam Zamanın gəlişinə hazırlaşan, onu gözləyənlər də az deyil. Odur ki, şiə ölkələrinin birləşməsinin tərəfdarıdılar. Belə təfəkkürdə olan insanları oyatmaq çətin məsələdir. Mollalar da bunlardan istifadə edirlər. Həmin o qisim insanlar nəinki Quzey, elə güneydəkilərin də üstünə silah çəkməyə hazırdır. Lakin çoxluq azərbaycançılıqdan yanadır. Bu tək SEPAH- daxilində deyil, cəmiyyətin özündə də belədir”.
O, Güney Azərbaycanın azad və müstəqil olacağına inandığını bildirib:
“Dünya Azərbaycanı müstəqil ölkə olaraq qəbul edir. Bu bizim üçün böyük imtiyazdır, güneylilərə ümid yoludur. Sabah istiqlala qovuşsaq, ortalıqda qalmayacağıq. Çünki dünyanın tanıdığı dövlət bizə dəstək duracaq. Sonra bir-birimizə qoşularıq. Odur ki, istiqlalçılıq Güneydə günbəgün irəli gedir. Mən özüm federalçıyam. Hesab edirəm ki, İran gec-tez dağılacaq. Lakin Güneydə bəzilərin fikri irançılıqda qalıb. Bu illər ərzində insanlar fars dilində oxuyub, fars cəmiyyəti ilə qaynayıb-qarışıblar. Buna görə, bir az ehtiyatlı davranırlar. Lakin son illər İranda iqtisadi, sosial və ekoloji problemlər artıb. Hətta iri şəhərlərdə 30 ildən sonra yaşamağın mümkün olmayacağını deyirlər. Belə olan halda hamı doğma yurduna dönməyə məcbur olacaq. Mən Azərbaycanın gələcəyini azad görürəm. Lakin bu, azı 10 il zaman alacaq”.
Qeyd edək ki, Əli Rzayi millətçi düşüncələrinə görə SEPAH-dan uzaqlaşdırılıb. Onu Azərbaycana casusluqda ittiham ediblər.
Bölməyə aid digər xəbərlər

Tarix: 7-04-2023, 15:00 Oxunub: 26
Bölməyə aid digər xəbərlər
31-03-2023, 15:30
“Şər üçbucağı”nda növbə İrana çatıb - İNCƏLƏMƏ...
24-01-2023, 13:16
ABŞ İrandakı etirazlara görə 9-cu sanksiya paketini elan etdi - SİYAHI
23-11-2022, 12:03
İRANIN MƏKRLİ SİYASƏTİ ONUN KİM OLDUĞUNU AYDIN GÖSTƏRİR
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
26-09-2022, 09:00
ABŞ Avropanı qurbana çevirir: Rusiyanın nüvə zərbəsi endirəcəyi əsas hədəflər məlum oldu
1-07-2022, 13:29
Prezident kəşfiyyat və əks-kəşfiyyatla bağlı fərman imzaladı
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
4-08-2020, 19:02
“İran ABŞ-dan general Süleymaninin qisasını alacaq” - Hüseyn Salami
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
10-07-2020, 10:26
“Belə davam edərsə, yaxın zamanda hamı eynək taxmağa məcbur olacaq” - Həkimdən AÇIQLAMA