09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Ermənilər Rusiyaya tələ hazırlayır

"ABŞ-nin təxminən 9 min hərbçisi ilə 26 müttəfiq və tərəfdaş ölkələrin 17 min hərbçisi aprelin 22-dən başlayaraq Avropanın 10 müxtəlif ölkəsində keçiriləcək "Defender 23" hərbi təlimlərində iştirak edəcəklər".
Ölkə.az Trend-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinqh Vaşinqtonda keçirdiyi brifinqdə belə deyib. Onun sözlərinə görə, təlimlərə Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniya qatılacaqlar.
ABŞ-nin təşəbbüsü ilə keçirilən və əslində, NATO müstəvisində olacaq təlimlərə Ermənistanın da qatılması İrəvanın yeni və paradoksal qərarı sayıla bilər.
Məhz bu səbəbdən Ermənistan əvvəlcə təlim iştirakçılarının siyahısında yer aldı, sonradan adı çıxarıldı.
MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan, Rusiyadan geosiyasi, hərbi, iqtisadi və s. asılılıqdan qurtula bilməyən Ermənistanın ABŞ-nin təşviqi ilə Şimali Atlantika Alyansının təlimlərində yer almaq istəyi baş nazir Nikol Paşinyan hakimiyyətinin xarici siyasətdəki naşılığının yeni izharıdır.
Təbii, hər ölkə bütün istiqamətlərdə əlaqələrin möhkəmləndirilməsi, maraq və mənafelərinin təminatı üçün imkanların istisnasız olaraq hamısından istifadə etməyə çalışır. Bu, yetərincə normal, hətta rutin məsələdir.
Postsovet məkanında çox ölkə eyni zamanda Rusiya, Çin və NATO ilə sıx təmaslardadır.
Lakin bu ölkələrin heç birinin diplomatiyası Ermənistanın anormal xarici siyasəti kimi axsaq və idiotizm səviyyəsində deyil.
Fransa ilə "bacılıq" əlaqələri qurduğunu bəyan edən Ermənistan eyni zamanda Rusiya və İranla "vassal-süzeren" münasibətlərindədir.
Moskva və Tehranla diplomatiya sahəsində az qala bütün addımlarını razılaşdırdığına işarə vuran İrəvan çox düşünmədən Avropa İttifaqı və NATO ilə təmasları intensivləşdirir, üstəlik, ABŞ-dən hərbi yardımlara və siyasi dəstəyə ümid edir.
Aİ-nin Ermənistana, Azərbaycanla şərti dövlət sərhədinə 100 nəfərlik "mülki müşahidə" missiyası yollaması, monitorinq aparmaq adı ilə peşəkar hərbçilər və kəşfiyyatçılardan ibarət qrupların Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının mənsublarını izləməyə başlamaları ilə İranın Gorusda konsulluq açaraq Ermənistana təqribən 90 nəfər SEPAH zabitin yollaması nə dərəcədə məntiqi uzlaşmadır - anlamaq mümkün deyil.
Tehran rejiminin bölgədə, xüsusilə də Ermənistanda ifrat fəallaşmasının qarşısını hələlik Rusiya və Türkiyə tam ala bilirlər. Rəsmi Moskva İrəvana Qərblə kuluar oyunlar aparması, Tehrana isə bölgədə təsir imkanlarını artırmaq niyyəti ilə bağlı indiyədək dəfələrlə xəbərdarlıq edərək bildirib ki, Cənubi Qafqaz Rusiya üçün əlahiddə geosiyasi önəm kəsb edən məkanlardan biridir.
Lakin Ukraynadakı hərbi əməliyyatlara Rusiyanın başının qarışmasından yararlanmağa çalışan İran nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənməyə can atır. Məqsəd Zəngəzur dəhlizi layihəsinin reallaşmasına imkan verməməkdir.
İsteriyaya qapılmış Tehran rejimi sosial şəbəkələrdə və mediada Azərbaycana qarşı hədyan kampaniyasını davam etdirməklə yanaşı, özünü "bölgənin ən qüdrətli dövləti" kimi qələmə verməyə çalışır.
Avropa İttifaqının İrəvanı ələ almağa yönəlmiş davranışı azmış kimi, İrandakı klerikal rejimin də ifrat fəallaşmasını görən Rusiya çıxış yolunu ilkin mərhələ qismində KTMT kontingentinin Ermənistanla Azərbaycan arasındakı şərti dövlət sərhədi boyunca yerləşdirilməsində görür.
Ətraflı
"KTMT missiyasının sərhədə göndərilməsi məsələsinin reallaşma müddəti Ermənistandan asılıdır. Top İrəvan tərəfdədir", - Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın bu bəyanatı əslində Ermənistan üçün sakramental ultimatum da sayıla bilər.
İrəvan isə Rusiya qarşısında şərtlər qoyur, faktiki olaraq Moskvanı kazuistik tələyə salmaq istəyir.
"Ermənistan KTMT missiyasından imtian etmir. Lakin missiyanın göndərilməsinə əsas olacaq sənəddə Ermənistanın suveren ərazisində baş verənlərin obyektiv əks edilməsi bizim üçün həddən ziyadə mühümdür. Sənəd layihəsinin bizim mövqelərimizə uyğun gəlməsinə əmin olacağımız mərhələdə KTMT missiyasının müşahidəçilərinin yerləşdirilməsindən danışmaq olar", - Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan deyib.
Ermənistan hələ ötən ilin noyabrında KTMT-nin müşahidəçilər missiyasının Azərbaycanla şərti dövlət sərhədinə göndərilməsini nəzərdə tutan sənədin imzalanmasına imkan verməmişdi.
Rusiyanın XİN başçısı Sergey Lavrovun bununla bağlı açıqlamasına yada salaq: "Ermənistan KTMT missiyasının Azərbaycanla sərhədə göndərilməsini istədiyini deyir. KTMT-nin 2022-ci ilin noyabrında Ermənistanda keçirilmiş sammitində belə sənəd hazırlandı, missiyanı parametrləri razılaşdırıldı. Lakin sənədi qəbul etmək mümkün olmadı, çünki ermənir həmkarlar sənəddə Azərbaycanın sərt qınanmasını israrla təkid etdilər".
İndi 2023-cü ilin aprel ayıdır və Ermənistanda Avropa İttifaqının EOMA adlı "mülki" müşahidə missiyası, daha doğrusu, kəşfiyyat qrupu fəaliyyət göstərir.
Bütün bəyanatlarına və hakimiyyət mənsublarının çıxışlarına rəğmən, ermənilər KTMT missiyasının şərti sərhəddə yerləşməsini istəmirlər. İrəvan belə missiyanı dəvət etmək niyyətində olmadığından, yeni "şərt"lərdən və "imkanlar"dan bəhs edir.
Ermənistanın baş naziri Nikol Paşinyan anlayır ki, rəsmi Bakının KTMT üzvü ölkələrin tam əksəriyyəti ilə çox intensiv və yüksəksəviyyəli əlaqələri olduğundan, sözügedən struktur Azərbaycanın sərt qınanacağı sənədi qəbul edən deyil.
Kazuistika tələsi də budur: rəsmi İrəvan müxtəlif bəhanələrlə KTMT missiyasından imtina edərək, məsuliyyəti KTMT-nin və xüsusilə də Rusiya Federasiyasının üzərinə atmağa cəhd göstərir.
Rusiya ilə yanaşı, İranın da Ermənistana təzyiqləri güclənib. Belə situasiyada ermənilərin "Defender 23" təlimlərinə qatılmaq niyyəti Moskva ilə Tehranın səbr kasalarını daşdıran son damla ola bilərdi.
Rəsmi İrəvanın da təlimlərə qatılmağa can atması, sonra isə imtina etməsi kimi anormal davranışının səbəbi Rusiya ilə İrandan aldığı son xəbərdarlıqlardır.
"Defender 23" təlimlərində iştirak KTMT-nin müşahidə missiyası ilə bağlı Rusiyanın təklifinə Ermənistanın yetərincə sərt və aşkar mənfi cavabı kimi dəyərləndirilə bilərdi.
Moskva İrəvanın oyunlarından usanıb və İrəvan qarşısında şərt qoyub: ya Qərbə meyillənərək ölkə daxilində vətəndaş qarşıdurmasına və indiki hakimiyyətin devrilmə təhlükəsi ilə üzləşməsinə hazırlaşsın, ya da imzaladığı sənədlərə və boynuna götürdüyü öhdəliklərə əməl edərək normal dövlət kimi funksiyalarını yerinə yetirsin.
Əks təqdirdə, pat vəziyyətinə düşən və vaxt udmağa çalışan Nikol Paşinyanı çox ağır günlər gözləyir.
Bölməyə aid digər xəbərlər

Tarix: 8-04-2023, 09:00 Oxunub: 117
Bölməyə aid digər xəbərlər
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
23-01-2023, 09:00
Türkiyə masadan çəkildi, NATO-nun planı bloklandı: Rusiya niyə İslam ölkəsi olduğunu iddia edir
17-01-2023, 10:13
Ramil Şeydayev Avropanın bombardirləri sırasına düşüb
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
21-11-2022, 13:11
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
17-11-2022, 16:56
Eltun Süleymanov: “Azərbaycan-Albaniya əlaqələri sürətlə inkişaf edir”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
26-09-2022, 09:12
AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub
14-06-2022, 08:46
"Qarabağ"ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşir
4-02-2022, 15:18
Səttar Möhbalıyev: “Cənub Qaz Dəhlizi dövlətimizin enerji siyasətinin məntiqi nəticəsidir”
31-01-2022, 09:12
NATO-dan erməni separatizminə sarsıdıcı zərbə: Rus sülhməramlılar Xankəndidən çıxmalı olacaq
6-07-2021, 16:00
Çempionlar Liqasında yeni mövsüm başlayır
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO