12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Baş nazir daha bir qərar imzaladı

Baş nazir daha bir qərar imzaladı


Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Milli Arxiv İdarəsinə “Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları”nın 4.5-ci bəndində nəzərdə tutulan Vahid Elektron Arxiv Məlumat Sisteminin Əsasnaməsinin layihəsini hazırlamaq və Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Tarix: 13-02-2024, 10:28 Oxunub: 32


Bölməyə aid digər xəbərlər
31-01-2023, 17:20 Prezident fərman imzaladı
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı