Azərbaycanın da daxil olduğu Qlobal Cənub ölkələrinə bu gün xüsusi diqqət lazımdır. Əlbəttə ki, iqlim məsələləri ilə bağlı fikir ayrılığının bir səbəbi inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrin məsuliyyətidir. Bu ortaq məsuliyyət ədalətli olmalı və əlbəttə ki, iqlim problemlərinə mənfi təsir açıq şəkildə müzakirə edilməlidir.
Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməklə Azərbaycan özünə çoxlu etibarlı dost qazandı. Azərbaycanın da daxil olduğu Qlobal Cənub ölkələrinə bu gün xüsusi diqqət lazımdır. Əlbəttə ki, iqlim məsələləri ilə bağlı fikir ayrılığının bir səbəbi inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrin məsuliyyətidir. Bu ortaq məsuliyyət ədalətli olmalı və əlbəttə ki, iqlim problemlərinə mənfi təsir açıq şəkildə müzakirə edilməlidir. Hesab edirik ki, bu əlaqələrə, həmçinin bir çox Avropa ölkələri ilə yaxşı əlaqələrə malik olmaqla biz koordinator və ya körpü rolunu oynaya bilərik. Eyni zamanda, neft və qazla zəngin olan ölkə kimi bu, bizə neft və qaz hasil edən ölkələrlə qarşılıqlı əlaqədə olmaq, neft və qazla zəngin olan ölkələr üçün məsuliyyət platforması yaratmaq imkanını verir. Çünki Azərbaycan da daxil olmaqla, bu ölkələr ciddi addımlar atmalıdır. Biz bunu OPEC+ adlanan platformada artıq nümayiş etdirmişik. Burada hasilatın əlaqələndirilmiş azaldılması neft qiymətlərinin sabitləşməsinə gətirib çıxarmışdır. Biz neft və qaz hasil edən ölkələrin maliyyə töhfəsi üzrə əlaqələndirilmiş səylər göstərməliyik və bu, tamamilə obyektiv olacaq. Biz də bunu etməyə hazırıq. COP29 üçün sanki bir yenilik olan digər bir məsələ ondan ibarətdir ki, biz üçlük mexanizmini yaratdıq. Bu, COP28-i keçirmiş Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və COP30–u keçirəcək Braziliya ilə birlikdə bu formata malik olmaq üçün Azərbaycanın təşəbbüsü idi. Artıq nazirlərin görüşü baş tutub və bu, bizə planlaşdırmaya kömək edəcək. Çünki 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 bitəcək. Lakin proses davam etməlidir. Biz indi tədbirin hazırlanması və keçirilməsi üzrə Birləşmiş Ərəb Əmirliklərinin böyük təcrübəsindən yararlanırıq. Bu üçlükdə birlikdə olmaq bir sinerji, koordinasiya və proqnozlaşdırma yaradır.
İdeyalarla bağlı bizim başqa planlarımız da var, lakin ola bilsin ki, onları açıqlamaq hələ bir az tezdir. Lakin biz sədrliyə özümüzü nümayiş etdirmək, ölkəmizi təqdim etmək fürsəti kimi baxmırıq. Baxmayaraq ki, bu məsələ də vacibdir. Biz buna beynəlxalq arenada ən təxirəsalınmaz məsələnin praktiki həllinə töhfə vermək imkanı kimi baxırıq. Sizi görməyə şadam, cənab səfir.
Bölməyə aid digər xəbərlər