11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
İrəvandan ikibaşlı mövqe: “Bakıdan nəsə qoparmaq istəyirlər” - NƏ BAŞ VERİR?
Azərbaycanla Ermənistan arasında sülh sazişi sənədində bir çox məsələlərin razılaşdırıldığı rəsmi şəkildə bəyan edilir. Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə Bakıda keçirdiyi birgə brifinqdə deyib ki, rəsmi Bakı İrəvandan sülh sazişi ilə bağlı yeni layihə alıb.
“Bir neçə gün öncə biz Ermənistan tərəfindən yeni layihə aldıq. Onu deyim ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur. Bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir. Yəni biz burada müsbət dinamika müşahidə edirik”, - deyə XİN başçısı bildirib.
Onun sözlərinə görə, normallaşma prosesinin digər elementləri arasında Ermənistan-Azərbaycan dövlət sərhədinin bir hissəsinin delimitasiya və demarkasiyasının baş verməsi də var: “Bunun nəticəsində işğal altında olan 4 Azərbaycan kəndinin azad olunması tərəflər arasındakı prosesə müsbət təsirlər göstərib. Azərbaycan sülh prosesinə sadiqdir. Biz tərəfimizdən növbəti lazımi addımları atmağa hazırıq”.
Bunun fonunda rəsmi İrəvandan verilən açıqlamalar ziddiyyətlidir. Bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişində bir çox detalların razılaşdırıldığını, mətnin kağız üzərinə köçürülməsinin qaldığını desə də, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan fərqli fikirlər səsləndirib. Ermənistan Milli Assambleyasında çıxışı zamanı Mirzoyan Bakıya ittihamlar ünvanlayıb və bildirib ki, guya, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var.
“Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir. Azərbaycanın da, Ermənistanın da konstitusiya ilə bağlı narahatlıqları var. Bu, uzunmüddətli sülhə maneədir. Lakin Ermənistanın Konstitusiyanı dəyişməsi Azərbaycanın tələbi ilə baş vermir, bu, Ermənistanın daxili işidir”, - deyə o söyləyib.
Ekspertlər hesab edirlər ki, Azərbaycanı “ərazi iddiasında” ittiham etməklə, “narahatlıq var” deməklə Mirzoyan absurd iddia irəli sürür ki, bu da rəsmi İrəvanın yenidən zaman qazanmağa oynamaq istəyindən xəbər verə bilər.
Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov mövzu ətrafında AYNA-nın suallarını cavablandırarkən deyib ki, Mirzoyan bu açıqlama ilə ya səriştəsizliyini ortaya qoyub, ya da ənənəvi erməni xislətinə uyğun şəkildə, ağı qara ilə qarışdırır:
- Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiasından söhbət gedə bilməz. Amma Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası açıq-aşkar mövcuddur. Ona görə də hesab edirəm ki, Mirzoyan sülhə əngəl törədən bu problemlərlə məşğul olmalıdır. Mirzoyan deyir ki, Azərbaycan Konstitusiyasında Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi barədə bənd var. Bəli, var, amma bu, Ermənistana qarşı ərazi iddiası anlamına gəlmir. Rusiya özünü SSRİ-nin varisi elan edib, bu, o demək deyil ki, Rusiyanın SSRİ-nin tərkibində olan bütün ərazilərə iddiası var. Bu baxımdan Mirzoyanın fikirləri cəfəngiyyatdan başqa bir şey deyil.
- Bir neçə gün əvvəl Paşinyan sülhə yaxınlıqla bağlı bəyanat səsləndirmişdi. Mirzoyanın Baş nazirin fikri ilə ziddiyyət təşkil edən son açıqlaması nədən qaynaqlanır?
- Ermənistanda tərəddüd var, düşünürlər ki, bəlkə, Azərbaycandan nəsə qopara bilərlər. Amma bu, qeyri-mümkündür. Rəsmi İrəvandan hər zaman ziddiyyətli bəyanatların şahidi oluruq. Bir növ, söz oyunu oynayırlar.
- Ceyhun Bayramov bildirdi ki, sülh sazişi ilə bağlı razılaşdırılan detalların sayı çoxdur. Bu, nəyin anonsudur?
- Bu, onun anonsudur ki, yaxınlarda yeni razılaşmaların xəbərini alacağıq. Mən özüm vaxtilə bu cür danışıqlarda, müqavilələrin hazırlanmasında iştirak etmişəm. İş qaydası ondan ibarətdir ki, mətnlərdə razılaşdırılmamış məsələlər, detallar mötərizəyə alınır. Danışıqlardan sonra həmin mötərizələr açılırsa, demək ki, o hissələr razılaşdırılıb. Ceyhun müəllimin sözündən məlum olur ki, mötərizələrin sayı azalır və biz son sülh sazişi mətnində xeyli irəliləyiş əldə etmişik. Düşünürəm ki, bu, müsbətdir və sülh sazişinə ümidlə baxmaq olar.
Ondan sonrakı proses, sənədin təsdirlənməsi, Ermənistan Konstitusiyasına bunun zidd olması Ermənistan hakimiyyətinin problemi olacaq. Sülh sazişi imzalanandan sonra onun qüvvəyə minməsi üçün prosedur var, ratifikasiya olunmalıdır. Azərbaycanda sülh sazişinin ratifikasiyası Konstitusiya ilə heç bir ziddiyyət təşkil etmir. Ermənistan Konstitusiyası isə sülh sazişinin ratifikasiyasına problem yaradır. Çünki orada Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Ermənistan bu problemi yoluna qoymayınca Azərbaycan o sənədi ratifikasiya etməyəcək. Düşünürəm ki, rəsmi İrəvan söz oyunu ilə bu məsələdən yayına bilməz.
- Yeri gəlmişkən, hazırda Ermənistanda daxili siyasi vəziyyət gərgindir. Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatı etirazlarını davam etdirir və Paşinyan hökumətini devirməyə çalışır. Müxaliflər Paşinyanı devirə bilərmi və bu, mümkün olsa, sülh prosesinə hansı təsiri göstərə bilər?
- Mən inanmıram ki, keşişin başlatdığı etirazlar Paşinyan hakimiyyətinin devrilməsi ilə nəticələnəcək. Məlumdur ki, Qalstanyanın arxasındakı güc “Qarabağ klanı”, konkret desək, əvvəl hakimiyyətdə olmuş Robert Köçəryan və Serj Sarkisyandır, xaricdəki ermənilərdir və onların puludur. Erməni ictimaiyyəti, cəmiyyəti isə “Qarabağ klanı”na nifrət edir, onları hakimiyyətə gətirmək niyyətində deyil. Görünür, Qalstanyan işi-gücü olmayan, səfil bir insandır, ətrafına yığdığı 500-1000 adamla Ermənistanı gəzir, hökumətə təhdidlər səsləndirir. Hətta ola bilər ki, keşişin tərəfdarları hökumət binalarına hücum da etsinlər, amma bu, hökumətin devrilməsinə gətirib çıxarmayacaq.
44 günlük müharibədən sonra erməni müxalifəti parlamentə hücum etdi, hətta həmin bu Mirzoyanı döymüşdülər də. Amma o xaos Paşinyanın devrilməsi ilə nəticələnmədi. Demək istəyirəm ki, nəzəri cəhətdən Paşinyanın devrilməsi mümkün görünmür. Amma devrilsə, keşiş hakimiyyətə gəlsə belə, bu, Azərbaycanın yaratdığı reallıqları dəyişməyəcək. İlk başlardan ola bilər ki, sülhdən yayınma olsun, amma ortada reallıq var. Ermənistanda hər kəs – müxalifət də, iqtidar da anlayır ki, ölkələrinin xilası üçün sülhdən başqa yol yoxdur. Yeni müharibə Ermənistanın bir dövlət kimi məhvidir.
Bölməyə aid digər xəbərlər

Tarix: 7-06-2024, 15:30 Oxunub: 98
Bölməyə aid digər xəbərlər
9-04-2024, 12:12
Ceyhun Bayramov qırğızıstanlı həmkarı ilə birgə bəyanatlarla çıxış edib - YENİLƏNİB
15-06-2023, 07:58
Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
12-11-2020, 18:14
İlham Əliyev 3 fərman imzaladı
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI