Sülh prosesi ilə bağlı SENSASİYA: - "İkinci şərt dəhşətlidir, Azərbaycan..."



Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin gecikməsi ilə bağlı İran agentlikləri də material verir.

Musavat.com-un xəbərinə görə, IRAS.ir saytı yazır ki, NATO-nun bu yaxınlarda Vaşinqtonda keçirilən toplantısında ABŞ dövlət katibi Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh prosesinin sona yaxınlaşdığını açıqlayıb, ancaq son nöqtəyə çatmaq bəlli deyil. Müqavilə imzalanmazdan öncə Qarabağla bağlı əsas maneə həllini tapmalıdır.

Sayt bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan qarşısına qoyduğu şərtlərdən biri də ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlı rəsmi razılıqdır:

“İkinci şərt daha dəhşətlidir. Azərbaycan İrəvandan Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb edib”.

Qeyd olunub ki, Ermənistan XİN-in nümayəndəsinin sözlərinə görə, hökumət Azərbaycana cavab üzərində çalışır, bu isə Ermənistanın tələbləri yerinə yetirməsi üçün yollar axtarması mənasına gəlir.

Sayt xüsusi olaraq yazır ki, hər iki tərəf çətin oyundan keçir və xal itirməyə çox da həvəsli görünmək istəmir.

Musavat.com diqqətə çatdırır ki, Azərbaycan hər zaman sülhdən yana olub. Ermənistan tərəfi isə müxtəlif mərkəzli qüvvələrin təsiri altında hərəkət edir və sülh prosesini yubadır. Dəfələrlə sülhə bir addım qalmış Ermənistan tərəfi təxribatlara əl atıb. İndi onun atəşkəsi pozmaq kimi şansı yoxdur. Bu dəfə masada oyunpozanlıq etməyə çalışsa da bu, çox getməyəcək. Ermənistan anlamalıdır ki, onun inkişafı və gələcəyi bu müqavilədən asılıdır.

Tarix: 29-07-2024, 09:39 Oxunub: 11


Bölməyə aid digər xəbərlər