13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
09:38 / 20-11-2024
Aİ-92 benzini və dizellə bağlı dəyişiklik
Azərbaycan SEPAH-ın HƏDƏFİNDƏ: Sərhədimizdə nə baş verir? - GƏLİŞMƏ
İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək istəyən qüvvələrin olduğu bəllidir. Pezeşkianın “İsraillə qarşıdurmada Azərbaycanı vurmaq” təklifini verdiyi haqda yayılan iddialardan sonra SEPAH yenidən düşmən üzünü göstərib.
“İranın reaksiyasından çəkinən Bakı öz ərazisində sionistlərin olmasını inkar edir”. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sosial şəbəkələrdə dərc olunan mesajında deyilir. “Azərbaycan hökuməti bəyan edib ki, Azərbaycan ərazisində heç bir xarici dövlətin hərbi qüvvələri yoxdur.
İsrail televiziyasının 14-cü kanalının yaydığı məlumatı nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, Bakının bəyanatı həqiqətə uyğun deyil, çünki İsrail ordusunun öz hərbi qulluqçularını Azərbaycandan çıxarmaq tələbi onların ölkədə olmasının dolayısı ilə tanınmasıdır. Əgər hər hansı bir ölkə İsrailə qarşı əməliyyat zamanı onları müdafiə edərsə, o, İrana hücumda iştirak etmiş ölkə sayılacaq", - SEPAH yazıb.
Yada salaq ki, həftəsonu İsrailin “Kan” dövlət televiziya və radio şirkəti informasiya yaydı ki, yəhudi dövlətinin ordusu İrandan gələn hücum təhlükəsi fonunda öz hərbçilərinin Azərbaycan və Gürcüstanda qalmasını qadağan edib. Bildirilib ki, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda “Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal İsrailə qayıtmağa borcludurlar”.
Media Agentliyi Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş bu iddianı dezinformasiya adlandırıb. Qeyd edək ki, İran çoxdan Azərbaycanla sərhəddə İsrailin “kəşfiyyat obyektləri” yaratdığında israr edir. Tehran indiyədək Azərbaycanda İsrail obyektlərinin mövcudluğunun hər hansı dəlilini təqdim etməyib.
Rəsmi Bakı isə dəfələrlə bunu təkzib edib, öz ərazisindən İrana qarşı hər hansı düşmənçilik hərəkətlərinə yol verməyəcəyini bildirib.
Bu informasiya təxribatından sonra İranın Hərbi Dəniz Qüvvələri Xəzər dənizində, Azərbaycanla həmsərhəd Astara sahillərində təlimlər keçirib. “Mehr” agentliyinin məlumatına görə, dəniz müdafiəsi təlimi Astaradakı hərbi dəniz bazasında baş tutub. Təlimlər zamanı hipotetik hədəflərə hücum edilib. Astara qubernatorunun müavini Həmid Musəvinin sözlərinə görə, təlimin məqsədi dəniz qüvvələrinin hazırlığını maksimum dərəcədə artırmaq olub.
Pezeşkianın prezident seçilməsindən sonra münasibətlərin inkişafı haqda gözləntilər fonunda İranın əsas gücü olan SEPAH-ın yeni gərginliyə yol açan ittihamları, İran Astarasında hərbi təlimlər nəyə hesablanıb? HƏMAS liderinin öldürülməsinə görə Təl-Əvivə qisas vədi andı içən İran diqqəti Azərbaycana yönəltməklə hədəfmi dəyişdirmək istəyir?
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifovun sözlərinə görə, HƏMAS liderinin Tehranda öldürülməsi İrana bir dövlət kimi böyük zərbədir: “Əgər bir dövlətin təhlükəsizlik qüvvələri ölkəyə gəlmiş ali qonağı qorumaq qədər acizdirsə, bu dövlətin cəmiyyətin diqqətini həmin biabırçılıqdan yayındırmaqdan başqa çarəsi qalmaz. İran rəsmlərinin HƏMAS liderinin öldürülməsindən sonra ictimai fikri bu faktdan yayındırmaq məqsədilə etdikləri çıxışların fəlsəfəsi də bundan ibarətdir. İranın hərbi gücü İsrailin hərb maşını qarşısında aciz durumdadır. Ancaq İran hakimiyyəti bunu heç bir formada etiraf edə bilmir. Belə olan halda, cəmiyyətin diqqətini bu uğursuzluqdan yayındırmaq istəyirlər.
Guya İranın hərbi müstəvidəki bütün uğursuzluqlarının kökündə dayanan əsas amillərdən biri Azərbaycanın İsraillə dostluq etməsidir. Otuz il erməni dəyirmanına su tökən və üç tərəfdən blokadada qalaraq dalana sıxılmış işğalçı Ermənistana bütün səviyyələrdə yardımlar edərək ona nəfəslik verməklə bu terrorçu dövləti dəstəkləyən İran indi hərbi müstəvidəki bütün uğursuzluqlarının kökünü Azərbaycan-İsrail dostluğuna bağlamaq istəyir.
Dəfələrlə demişəm ki, İranda kimin prezident olmasından asılı olmayaraq, bu dövlətin mahiyyəti dəyişməyəcək. Dövlətin idarə olunmasında dini bir alət kimi istifadə edən bu rejimin mahiyyətinin dəyişməsi mümkün də deyil, onun özü dəyişməlidir.
İsraillə Azərbaycan arasında hərbi müstəvidə əməkdaşlıq mövcud olduğundan hər hansı bir İsrail hərbçilərinin Azərbaycanda olması mümkündür. Məsələn, elə İsraildən alınmış hərbi texnikanın istifadəsi üzrə Azərbaycan hərbçilərinə müəyyən təlimlər verən beş-on İsrail hərbçisi Azərbaycanda ola bilər. Bu nə deməkdir? Məgər belə bir fakt Azərbaycan ərazisində İsrail hərbi bazalarının olması deməkdirmi? Bu, sadəcə, absurddur!
İsrail hərb maşını qarşısında özünün “dayan, doldurum” silahları ilə heç nə edə bilməyən İran hökuməti və onun SEPAH adlı hərb aparatı bütün uğursuzluqların kökünü başqa yerlərdə axtarmaq zorundadılar. Sual olunur, HƏMAS liderinin Tehrandakı biabırçı qətlindən sonra İsraili vuracağına and içən molla hakimiyyəti nədən hadisədən ötən müddətdə bunu etmir? Etməyəcək! Çünki bir-bir neçə ay öncə etdiyinin həm nəticələrini gördü və həm də layiqli cavabını aldı".
Hərbi ekspert Səxavət Məmmədin fikrincə, İran-İsrail arasındakı gərginlik mütləq şəkildə bizim regiona təsirsiz ötüşməyəcək: “İlkin olaraq informasiya yayıldı ki, İranın yeni prezidenti Məsud Pezeşkian SEPAH-a əmr edib ki, Azərbaycandakı İsrail hərbi bazaları vurulsun. Bunun dezinformasiya olduğunu düşünürəm. Çünki İranda Azərbaycanla barışmaz mövqedə olan qurum SEPAH-dır. Yəni bu təklif SEPAH-dan gedib, Pezeşkian razılıq versə idi, həqiqətəuyğun olardı. Rəsmi Bakı buna cavab vermək istəmədi. Çünki düşündülər ki, dezinformasiyadır. Məsələ ondadır ki, bu dezinformasiya olsa belə, buna cavab vermək vacib idi. Çünki Azərbaycan bir yandan İranla münasibətləri düzəltmək üçün addımlar atır. Digər yandan isə bu dezinformasiya cəmiyyətdə müzakirəyə çıxarılmışdı. İsrail tərəfinin Azərbaycan və Gürcüstandakı hərbçilərini geri çağırmaq və bu iki ölkəyə səfəri qadağan etmək informasiyası isə Azərbaycan və Gürcüstanı zərbə altına qoymaqdan başqa bir şey deyildi. Çünki Azərbaycan tərəfi ərazimdə başqa bir ölkənin hərbi bazası yoxdur desə də, Azərbaycana qarşı həmişə qərəzli olan SEPAH bunu fürsət bilir. İsrail "Azərbaycanda heç bir hərbi bazam yoxdur" açıqlaması verməklə əslində gərginliyi azalda bilərdi. Ancaq İsrail tərəfi bunu etmədi. Görünür, gərginliyin qalması və davam etməsi hər kəsə sərf edir.
Çox maraqlı məqam həm də budur ki, türkiyəli bəzi ekspertlər İranda baş verən hər hadisədə davamlı olaraq Azərbaycanı ittiham edirlər. Helikopter qəzası, ardınca Haniyənin ölümü və hərbi bazalar haqda dezinformasiyalar öncə bəzi türkiyəli ekspertlərin dilindən səslənib. SEPAH gərginliyi artırmaq üçün addımlar atacaq. Hərbi təlimlər keçiriləcəyi də gözlənilən idi. Onlar bunu bir növ əzələ nümayişi kimi edəcəklər. Azərbaycan tərəfi dəfələrlə İrana sübut edib ki, onun ərazisində heç bir ölkənin hərbi bazası yoxdur. Bəli, Azərbaycanda bir neçə ölkənin mütəxəssisi var. Hər alınan silaha görə mütləq şəkildə müqavilədə mütəxəssisin gələcəyi də qeyd olunur, bu ümumi məbləğə daxil edilir. Bunu hansısa ölkənin hərbi bazası kimi təqdim etmək yalnız qərəzdən irəli gələ bilər".
“Yeni Müsavat”
Bölməyə aid digər xəbərlər

Tarix: 16-08-2024, 14:22 Oxunub: 34
Bölməyə aid digər xəbərlər
14-08-2024, 13:33
“Bismillah” deməmiş iflasa uğradılan PREZİDENT – Yeni seçkilər…
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
11-05-2023, 15:00
ABŞ səfirinə Bakıda sui-qəsd cəhdi: köhnə və yeni “İran izləri” - İLGİNC
7-04-2023, 15:00
SEPAH-ın azərbaycanlı polkovniki: `Güney Azərbaycan azad və müstəqil olacaq` - İranın Azərbaycan planını açdı...
16-07-2021, 09:00
Amerikalı mütəxəssislər Şuşa uğrunda döyüşlərdən yazdı
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO