12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycanın bu ərazidə hərbi məqsədləri yoxdur - Səfir

Qərb dövlətləri əsas diqqəti regionda xalqlarımızın sülh və əmin-amanlıq münasibətlərinin yaradılmasına və davamlı sülh istiqamətində səylərə dəstək verilməsinə yönəltməlidir.
Azərbaycanın ABŞ-dakı səfirliyindən QanunXəbər.com-a verilən məlumata görə, bunu səfir Elin Süleymanov məşhur "FOKS Nyus" kanalının radio proqramına müsahibəsində deyib.
Müsahibədə səfir Ermənistanın təxribatına qarşı Azərbaycanın uğurlu əks hücumundan bəhs edib, Ermənistan tərəfindən 30 ilə yaxındır ki, işğal olunmuş ərazilərini geri qaytarmasını bildirib.
O qeyd edib ki, əməliyyat Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində baş verib və Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədləri yoxdur.
Ərazilərin işğaldan azad edilməsi ilə həm də BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsinin Azərbaycan tərəfindən yerinə yetirildiyini diqqətə çatdırıb. Hazırda Ermənistanın işğalı nəticəsində tamamilə dağıdılmış həmin ərazilərin dirçəldilməsi, məcburi köçkünlərin geri qaytarılması istiqamətində işlər aparıldığını qeyd edib. Səfir Azərbaycanla Ermənistan arasında iqtisadi və sosial əməkdaşlığın qurulması, ümumilikdə regionun dirçəlməsinə ümid etdiyini bildirib. Belə ki, ölkələrimizin tərəfdaşları, o cümlədən Qərb dövlətləri əsas diqqəti regionda xalqlarımızın sülh və əminamanlıq münasibətlərinin yaradılmasına və davamlı sülh istiqamətində səylərə dəstək verilməsinə yönəltməlidir. Ekstremist ideologiyalar, irqçi, separatçı, dindən sui-istifadə edən fikirlərin regionumuzun inkişafına heç bir faydası olmayacaqdır. Jurnalistin ermənilərin mədəni kökləri və Azərbaycan ərazisində onların mövcudluğu ilə bağlı sualına cavab olaraq səfir bildirib ki, çoxmillətli dövlət olan Azərbaycanda müxtəlif xalqların nümayəndələri, hər zaman öz mədəni azadlıqlarından sərbəst şəkildə istifadə etmişlər. Ölkəmiz və cəmiyyətimiz öz müxtəlifliyi və tolerantlığı ilə fəxr edir.
Səfir jurnalistin “Human Rayts Votç” beynəlxalq təşkilatının münaqişə ilə bağlı dərc etdiyi xəbərlərə münasibət bildirmişdir. Azərbaycan hərbi qüvvələrinin Şuşa şəhərində ermənilərə məxsus kilsəni atəşə tutması ilə bağlı iddiaya cavab verən səfir qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan ordusu heç bir zaman kilsələri hədəf almamışdır. Kilsənin təsadüf və ya kənarda baş verən partlayış nəticəsində zədələnə bilmək ehtimalını qeyd edə səfir, burada heç bir insan tələfatının olmadığını diqqətə çatdırmışdır. Əksinə elə həmin təşkilat tərəfindən də işıqlandırıldığı kimi, Ermənistanın Azərbaycanın mülki şəxslər yaşayan ərazilərinə hücumu zamanı kasetli hərbi sursatlardan istifadə etməsi və onlarla günahsız insanın həlak olmasına diqqət çəkmişdir.
Müsahibənin tam versiyası ilə bu linkdə tanış olmaq mümkündür.


Tarix: 17-12-2020, 10:08 Oxunub: 98


Bölməyə aid digər xəbərlər