11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Rusiya Zəngəzuru Ermənistanın əlindən almaq istəyir: Qafqazda beş ölkə arasında savaş təhlükəsi artır

Paşinyan hakimiyyətinin nəqliyyat-kommunikasiya siyasəti artıq texniki məsələ deyil və bu, Ermənistanın “suverenlik testi”nə çevrilir, “Tramp marşrutu” ətrafında yaranmış qəliz situasiya rəsmi İrəvanın ölkə ərazisində belə, qərarvermə imkanlarının məhdudluğunu göstərir… Cənubi Qafqazda əsas oyunçular - Azərbaycan, Türkiyə, ABŞ, Rusiya və İran öz maraqlarını ön plana çəkmək imkanlarına malikdir, Ermənistan isə bu toqquşmada daha çox yekun nəticə ilə razılaşmaq məcburiyyətində olan tərəf rolunda çıxış edir…
"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqaz yeni və inkişaf perspektivlərinin önünün açıldığı önəmli mərhələyə keçid etməkdədir. Belə ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanma ehtimalı hazırda kifayət qədər inandırıcı görüntülər almağa başlayıb. Bunun real nəticələri isə artıq tədricən özünü göstərməkdədir. Xüsusilə də, rəsmi Bakının Azərbaycan ərazisi üzərindən Ermənistana bəzi tranzit yüklərinin daşımasına icazə verməsi bu istiqamətdə olduqca böyük irəliləyiş hesab olunur. Və hətta rəsmi Bakının bu məsələdə prinsipial humanitar iradə nümayiş etdirməsindən məmnun qalan Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əlievə təşəkkürlərini də bəyan edib.
Onu da qeyd etmək lazımdır ki, son günlər Ermənistana taxıl partiyalarının Azərbaycan və Gürcüstan üzərindən növbəti tranziti ilə bağlı verilən açıqlamalar ilk baxışdan, sadəcə, sırf iqtisadi və texniki xarakter daşımış kimi görünür. Ancaq əslində, bu, Cənubi Qafqaz regionunda formalaşmaqda olan yeni nəqliyyat-kommunikasiya düzəninin real siyasi mahiyyətini də açıq şəkildə üzə çıxarır. Və Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyanın bu barədə daha ehtiyatlı açıqlamaları isə rəsmi İrəvanın bu proseslərdə real qərarverici subyekt olmadığını da göstərir.
Məsələ ondadır ki, Ermənistanın taxıl kimi strateji məhsullar daşınması üzrə belə tranzit marşrutları üçün Azərbaycan ərazisinə möhtac qalması postmünaqişə dövründə regional reallıqların artıq dəyişməkdə olduğunu təsdiqləyir. Bu, bir tərəfdən, Azərbaycanın Cənubi Qafqaz regionunda əsas logistika mərkəzinə çevrildiyini, digər tərəfdən isə Ermənistanın seçə biləcəyi alternativ marşrutların da son dərəcə məhdud olduğunu göstərir. Eyni ehtiyatlılıq Gevork Papoyanın Azərbaycandan neft məhsullarının mümkün tədarükü ilə bağlı mövqeyində də özünü biruzə verir. Rəsmi İrəvan yalnız belə tranzit əməliyyatları ilə bağlı yüklərin Ermənistana faktiki olaraq, çatdırılmasından sonra məlumat verilməsini üstün tutur. Və bu isə Paşinyan hakimiyyətinin uğursuzluq variantı üçün ictimai-siyasi məsuliyyətdən yayınma, ölkədaxili auditoriya ilə bağlı risklərin minimallaşdırılma cəhdidir.
Maraqlıdır ki, Cənubi Qafqaz üzərində əsas geopolitik düyünlər və ziddiyyətlər isə məhz TRIPP nəqliyyat-kommunikasiya layihəsi ətrafında cəmləşib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mixail Kaluqinin bu barədə son açıq mesajı bunu təsdiqləyir. Belə ki, rus diplomat Rusiyanın iştirakı olmadan bu layihənin reallaşmasının mümkün olmadığını vurğulayıb. Və onun ön plana çəkməyə çalışdığı əsas arqumentlər isə kifayət qədər konkret və texniki xarakter daşıyır.
Belə ki, rus diplomat Ermənistan dəmir yollarının RJD-nin törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu”nun mülkiyyətində olduğunu xatırladıb. O, bildirib ki, bu regionda Rusiya dəmir yolu rels standartlarından istifadə edilir, “Tramp marşrutu”nun keçəcəyi Ermənistan ərazisi Rusiya sərhədçilərinin məsuliyyət zonasına daxildir, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür və bu, hüquqi-siyasi məhdudiyyətlər yaradır. Başqa sözlə, nəqliyyat-kommunikasiya xəritəsi faktiki olaraq, Ermənistan ərazisindən keçsə də, idarəetmə sistemi, təhlükəsizlik və ümumi standartlar Rusiyanın nəzarətindədir.
Məsələnin ən ziddiyyətli tərəfi isə Zəngəzur dəhlizinin istiqaməti ilə bağlıdır. Belə ki, rəsmi İrəvan bu dəhlizi məhz “Tramp marşrutu” kontekstində ABŞ-a “geopolitik capital” kimi təqdim edib. Ancaq indi Kreml rəsmi İrəvanın önünə Zəngəzur dəhlizinin keçəcəyi 42 kilometrlik ərazinin bundan sonra kimin – Rusiyanın, yoxsa, ABŞ-ın nəzarətində olacağı ilə bağlı “fundamental suallar paketi” qoymağa çalışır. Ancaq Paşinyan hakimiyyəti hələlik bu “suallar paketi”ni cavablandırmaqda çətinlik çəkir.
Çünki Kreml dolayısı ilə eyham vurur ki, rəsmi İrəvan faktiki olaraq, Ermənistanın tam nəzarət etmədiyi bir infrastrukturu “sata” və ya başqasına “vəd edə” bilməz. Nəticədə, ABŞ-Rusiya qarşıdurmasında Ermənistan tədricən sadəcə, qalibin mövqeyini qəbul etmək üçün kənarda gözləyən tərəfə çevrilməyə başlayıb. Və məhz buna görə də, Kreml indi bütün bu məsələləri rəsmi İrəvanla “xüsusi məsləhətləşmələr” apararaq, aydınlaşdırmaq əvəzinə Zəngəzur dəhlizi ətrafında yaranmış situasiyanı daha qəlizləşdirməyə üstünlük verir.
Təbii ki, Azərbaycan ABŞ və Rusiyanın Ermənistan üzərindəki qarşıdurmasında praqmatik mövqe tutmaqla diqqəti çəkir. Çünki indiki situasiyada Azərbaycan Cənubi Qafqazda şəriksiz iradə sahibi və “Tramp marşrutu” layihəsində xüsusi çəkisi olan iştirakçıdır. Bu baxımdan, rəsmi Bakı üçün hazırda əsas prioritet siyasi-ideoloji deyil, məhz “Tramp marşrutu”nun reallaşması ilə bağlı funksional nəticədir. Yəni, “Tramp marşrutu”na kimin nəzarət edəcəyi böyük önəm daşısa da, rəsmi Bakı üçün bu, istənilən halda, ikinci dərəcəlidir. Yəni, seçim qarşısında qalınarsa, Azərbaycan üçün ABŞ faktoruna üstünlük verilməsi daha rasional variantdır. Çünki Rusiyanın bu marşrut vasitəsilə regionda əlavə təsir mexanizmi qazanması Cənubi Qafqaz ölkələri üçün sərfəli deyil.
Digər tərəfdən, İranın da bu məsələdə Rusiya ilə ortaq mövqedən çıxış etdiyi, ABŞ-ın Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmə prosesindən narahatlığını artıq gizlədilmədiyi müşahidə olunur. Rəsmi Tehran “Tramp marşrutu”nu İranın maraqlarına zidd hesab edir. Bu baxımdan, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın “İranla maraqlarımız üst-üstə düşür” açıqlaması isə daha çox rəsmi İrəvanın siyasi-diplomatik balans cəhdi təsiri bağışlayır. Çünki praktik olaraq, “Tramp marşrutu” və onun kimi regional layihələr İranın Cənubi Qafqazda tranzit ölkə rolunu zəiflətmək potensialına malikdir.
Ona görə də, bütün bu ziddiyyətlərin kəsişmə nöqtəsində Ermənistanın ən əsas problemi ortaya çıxmış olur. Belə ki, Ermənistan hazırda Zəngəzur dəhlizi ilə bağlı tamhüquqlu subyektdən daha çox sadəcə, “geopolitik obyekt” kimi davranmaq məcburiyyətində qalıb. Yəni, hazırda Paşinyan hakimiyyətinin Ermənistan dəmir yolları üzərindəki RJD-nin dövlət mülkiyyətini ləğv etmək üçün siyasi iradəsi ola bilər. Ancaq bunun nəticəsində yaranacaq Kremlin iqtisadi təzyiqlərinə, olduqca ciddi təhlükəsizlik risklərinə, eləcə də, Rusiya ilə açıq qarşıdurmaya tab gətirmə şansları ümidverici görünmür. Və belə vəziyyətdə ABŞ-ın Ermənistana həlledici dəstəyi verib-verməyəcəyi də hazırda cavabsız sual olaraq, qalır.
Göründüyü kimi, rəsmi İrəvanın nəqliyyat-kommunikasiya və tranzit siyasəti artıq texniki məsələ deyil və bu, Ermənistanın suverenlik testinə çevrilib. Yəni, “Tramp marşrutu” və digər tranzit razılaşmaları rəsmi İrəvanın Ermənistan ərazisində belə, qərarvermə imkanlarının məhdud olduğunu üzə çıxarır. Cənubi Qafqazda əsas oyunçular - Azərbaycan, Türkiyə, ABŞ, Rusiya və İran öz maraqlarını ön plana çəkmək imkanlarına malikdir. Ermənistan isə bu toqquşmada daha çox yekun nəticə ilə razılaşmaq məcburiyyətində olan tərəf rolunda çıxış edir. Və bu reallıq xüsusilə də, Rusiya-İran tandeminə münasibətdə dəyişmədiyi müddətcə, Ermənistanın “bərabərlik və qarşılıqlılıq” ritorikası geopoliktik praktikada elə bir ciddi əhəmiyyət daşıya bilməz.
Bölməyə aid digər xəbərlər

Tarix: 18-12-2025, 16:00 Oxunub: 70
Bölməyə aid digər xəbərlər
27-08-2025, 09:15
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)
15-07-2025, 09:00
ABŞ Zəngəzur dəhlizinə niyə can atır: "Rusiyasız Qafqaz" ssenarisi reallığa çevrilir
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
18-01-2025, 09:00
Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir: ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb
7-01-2025, 09:14
Paşinyan “yaxınlaşan fəlakət” mesajı verdi: Türk İttifaqı tezliklə hərəkətə keçəcək və...
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
30-10-2024, 09:00
Ərdoğan Bakı və İrəvana sülh mesajı verdi: ABŞ, Avropa Birliyi və Fransa dərhal əks hücuma keçdi
30-09-2024, 09:17
Bakı ABŞ-ın ən qəliz planını pozmağı bacardı: Ağ Ev indi Paşinyana Rusiya qadağası qoymağa məcburdur
25-09-2024, 09:00
Qərbin Qafqazda dağıdıcı "xaos planı" son mərhələyə keçirilib: Kreml İrəvanın "ipini çəkməzsə", Rusiya regionu itirəcək
8-05-2024, 08:35
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
31-01-2024, 10:00
Paşinyan sülh sazişindən rəsmən imtina etdi: İrəvanın məkrli “pakt” təklifi yeni savaş planıdır
30-01-2024, 09:18
Paşinyan sülh sazişindən rəsmən imtina etdi: İrəvanın məkrli “pakt” təklifi yeni savaş planıdır
1-11-2023, 09:00
Tiflis Brüssel və Moskvanın önünə keçir: Qafqaz masası Gürcüstan paytaxtına köçürüləcək
9-10-2023, 10:00
Əliyev Qafqaz planını anons etdi: Bakı regionu yenidən dizayn edir
29-09-2023, 10:00
Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL
24-03-2023, 11:25
ABŞ Qafqazda sülh sazişinin vaxtını elan etdi: Rusiya isə skandal sənədlə yeni savaş törədir
15-03-2022, 08:35
Rusiyasız sülh modeli ön plana keçirilir: Paşinyanın Kremlə müqavimət cəsarəti varmı?
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO