Oktyabrın 18-i iş günü olacaq - RƏSMİ

Oktyabrın 18-i iş günü olacaq - RƏSMİ


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi III oxunuşda qəbul olunub.  

Dəyişikliyə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. 

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq.  

Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Tarix: 15-10-2021, 11:34 Oxunub: 26


Bölməyə aid digər xəbərlər