12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Qarabağ Azərbaycanın əzəli və ayrılmaz parçasıdır





     1923-cü ildən Azərbaycan xalqının etirazına baxmayaraq Sovet rəhbərliyi bizim torpaqlara köçmüş ermənilərə muxtariyyət hüququ vermiş və Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmışdır.
     1980-ci illərin sonlarından Ermənilər mövcud şəraitdən itifadə edərək Dağlıq Qarabağ və ətraf rayonlarını işğal etmişdir.
     Birinci Qarabağ müharibəsi nəticəsində 20 faiz ərazimiz işğal edilmişdir. BMT Təhlükəsizlik Şurası işğal olunmuş ərazilər haqqında qətnamədə erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən dərhalç tamamilə çıxarılması tələb edilirdi. Lakin bu qətnamələrin heç biri yerinə yetirilmirdi.
     1994-cü ilin Bişkeş protokoluna əsasən Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəs elan olunur. Beləliklə Birinci Qarabağ müharibəsi Rusiyanın vasitəçiliyi ilə atəşkəslə başa çatdı.
     Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qalıdırması üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. Ermənistan Respublikası isə atəşkəsi dəfələrlə pozmaqda davam edirdi.
     2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birininin ardınca təxribatçı bəyənatları atəşkəsi məqsədyönlü şəkildə pozdu. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin Azərbaycan ərazilərinin işğal etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
    2020-ci ilin sentyabrı 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətlə pozdu. Azərbaycan Respublikasının yaşayış məntəqəqlərini və hərbi mövqeylərini atəşə tutmuşdular.
   Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlanıldı. Ermənistan ərazilərimizin bir hissəsini işğal altında saxlayır, bu problemi siyasi yolla tənzimlənməsini imtina edirdi.
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dərhal təcavüzkara obyektiv cavab verilməsi istiqamətində tapşırıqlar verildi.
   Azərbaycan Respublikasının Prezidenti 2020-ci il  28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilir,qismən səfərbərliyə başlanır.
  Azərbaycan ordusu “Dəmir Yumruq” altında birləşərək strateji məntəqələri azad edirdi.
   Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri Prezidentimizin uzaqgörən, ağıllı siyasəti və şəhidlərimizin qanı baxasına qazanıldı.
   10 noyabr 2020-ci il tarixində Rusiya Prezidentinin vasitəçiliyi ilə üçtərəfli Bəyənat qəbul edildi.Ermənistan ikinci Qarabağ müharibəsinin gedişində təslim olmasının ardınca imzalandı.
    Qarabağ atəşkəs bəyənatı Azərbaycan Respublikası Prezidenti, Ermənistan baş naziri, Rusiya Federasiyasının Prezidenti vasitəsilə həyata keçirildi. Bəyənatın məzmununda Dağlıq Qarabağ zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması elan edildi.
     20 noyabr 2020-ci il tarixində Ağdam rayonu, 25 noyabr Kəlbəcər rayonu,1 dekabr isə Laçın rayonunu bir güllə atılmadan, qan tökülmədən qaytarıldı.
     Dağlıq Qarabağ təmas xətti və Laçın dəhliziboyu Rusiya Federasiyasının hərbi qulluqçularından ibarət sülhməramlı kontingenti yerləşdirldi.
    44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bu bəyənatın fonunda bütün dünya Azərbaycan xalqının birliyini gördü.
    Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Qələbənin qazanmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərmişdir. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır.
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
 Azərbaycan dili və Ədəbiyyat  müəllimi  Mütəllibova Fərqanə
 


Tarix: 17-10-2022, 17:40 Oxunub: 113


Bölməyə aid digər xəbərlər