12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dini Komitə sədri icra başçısının dayandırdığı yas mərasimindən DANIŞDI: “Molla özbaşına gəlib”

“Koronavirus pandemiyası dövründə yas mərasimləri dəfn səviyyəsində həyata keçirilməli və bununla da bitməlidir”.Oxu.Az-ın xəbərinə görə, bunu “Yeni TV”nin efirində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, məzarlıqdan vəfat edən şəxsin evinə, həyətinə yığışmaq, orada təzədən məclis qurmaq, yemək vermək lazım deyil.
Komitə sədrinin sözlərinə görə, yas mərasimlərində insanların bir araya toplanması virusun yayılması üçün münbit şərait yaradır.
M.Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin təyinatı olan imamlar içərisində yas mərasiminin ikinci hissəsinə qatılanlar yoxdur.
“Bununla bağlı məlumat daxil olanda biz Qafqaz Müsəlmanları İdarəsinə müraciət göndəririk. Onlar yerlərdən gələn məlumatı araşdırır. Pozuntu halı olarsa, imama xəbərdarlıq edilir və ya o cəzalandırılır”, - deyə M.Qurbanlı əlavə edib.
Dini Komitə sədri Şəmkirdə icra başçısı Alimpaşa Məmmədovun iştirakı ilə yas mərasiminin keçirilməsinin qarşısının alınmasından da söz açıb.
M.Qurbanlı bildirib ki, yas mərasimində iştirak edən molla heç bir təyinatı olmayan və dini təhsil almayan bir şəxsdir.
“Sadəcə ola bilər ki, o, Qurani-Kərimdən ayələri oxuya bilər. Bunu isə ziyalı adamların əksəriyyəti bilir. O, özbaşına orada fəaliyyət göstərir. Təyinatı olmayan adam dini mərasimi icra edirsə, həmin adam hüquqi baxımdan məsuliyyət daşıyır”.
Xatırladaq ki, iyulun 4-də Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında operativ qərargah tərəfindən rayonda koronavirus panidemiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər keçirilib.
Belə ki, rayonun Aşağı Seyfəli kəndində yas mərasimi keçirilməsinə cəhd olunması ilə bağlı məlumat daxil olub.
Şəmkirin icra başçısı Alimpaşa Məmmədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıblar.
Mərasimi təşkil edən şəxslər cəzalandırılıb. Yas mərasimində iştirak edən kənd sakinləri barəsində də karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb.
Eyni zamanda, qadağalara baxmayaraq, mərasimində iştirak edən kəndin din xadimi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Alimpaşa Məmmədov yasda iştirak edənlərə koronavirusun təhlükəsini anlatmaq üçün “niyə belə edirsiniz”, “nədən belə olmalıdır ki” deyə çağırışlar edib.


Tarix: 7-07-2020, 15:18 Oxunub: 137


Bölməyə aid digər xəbərlər