12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Məzahir Sadıqov- Suraxanı rayonunun müəllimləri adından ölkəmizin bütün müəllim heyətini peşə bayramları-5 Oktyabr Beynəlxalq Müəllim Günü münasibətilə təbrik edirəm

Təhsil dövlətin ən əsas sahəsi, millətin gələcəyidir. Təhsil cəmiyyətdə elə sahədir ki, ölkə həyatının bütün sahələri məhz bu sahənin inkişafından asılıdır.”Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”- bu sözlərin müəllifi Ulu öndərimiz Heydər Əliyevin təhsil strategiyası bu gün də uğurla davam etdirilir.
 Gənc nəslin təlim-tərbiyəsi, bədii-estetik zövqünün formalaşdırlmasında, mənəvi-əxlaqi dəyərlərə yiyələnməsində müəllimlərimizin rolu böyükdür. Cəmiyyətdə hörmət və nüfuza malik olan müəllim adı hər zaman ziyalılıq atributu olmuşdur. 
 Müəllimlik peşəsi müqəddəs bir peşədir. Onların Tanrı dərgahında da hörməti yüksəkdir. Müəllim qələminin mürəkkəbi şəhid qanına bərabər tutulur. 
   Ulu Öndər Heydər Əliyev müəllim peşəsinə qiymət verərkən deyirdi: “Müəllimin vəzifəsi ona görə şərəflidir ki, o cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı vətəndaşlar hazırlayır. Gələcək bilikli, elmli insanların çiyinləri üzərində qurulacaqdır”.
    Ölkəmizdə hər il 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Bu da müəllim əməyinə verilən yüksək qiymətin təzahürüdür. 
   Mən də müəllim kimi mötəbər, çətin və məsuliyyətli peşənin sahiblərini təbrik edir, onlara cansağlığı, işlərində uğurlar arzulayıram.

    Bayramınız mübarək olsun, əziz həmkarlar!     

                                                                          Məzahir Sadıqov
                                Bakı şəhəri 278 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini

Tarix: 5-10-2020, 09:06 Oxunub: 155


Bölməyə aid digər xəbərlər