Sərt karantin rejimi müəllimlərin işə qəbulu imtahanını təxirə sala bilərmi? - Açıqlama

“Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanın keçirilmə tarixlərinə və formatına dair təkliflər nəzərdən keçirilir və müxtəlif ssenarilər hazırlanır”.
“Report” xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.
Nazirlik rəsmisi bildirib ki, növbəti həftə MİQ imtahanı üçün qeydiyyat tarixləri və imtahanın keçirilmə formatına dair rəsmi məlumat veriləcək: “Hazırda MİQ imtahanın ləğv edilməsi müzakirə olunmur".
Qeyd edək ki, ölkənin bəzi yaşayış məntəqələrində iyun ayından başlayaraq tətbiq edilən xüsusi karantin rejiminin müddəti iyulun 20-dək uzadılıb, xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonların sayı artırılıb. Qərar kütləvi tədbirlərin təşkilinə bilavasitə təsir edir. Həmin tədbirlərdən biri buraxılış/qəbul imtahanlarıdırsa, digəri ənənəvi olaraq iyul ayında, iki həftə ərzində, bir məkanda keçirilən və 40-50 min namizədin iştirak etdiyi müəllimlərin işə qəbulu imtahanıdır.


Tarix: 4-07-2020, 01:24 Oxunub: 105


Bölməyə aid digər xəbərlər