13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
09:38 / 20-11-2024
Aİ-92 benzini və dizellə bağlı dəyişiklik
Kamaləddin Qafarov: “Enerji təchizatının şaxələndirilməsi zəruridir”
“Bu gün bir çox Avropa ölkələri Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin birgə icrasına hazırlıqlarını bəyan edirlər. Azərbaycanın etibarlı tərəfdaş olması, eləcə də Avropanın enerji təhlükəsizliyində rolunun getdikcə artması Avropa İttifaqı ölkələrinin bu münasibətini formalaşdıran əsas amil kimi çıxış edir. Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının keçirilməsi deyilənləri təsdiq edir. Bir il bundan öncə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısı keçirilmişdi. Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, ötən bir ildə dünyada qlobal dəyişikliklər baş verib və bu proses hələ də davam edir. Məhz bu proseslərin fonunda enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və bu problem artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Yaranmış yeni reallıqlar fonunda Avropaya qaz nəqli üçün yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması istiqamətində görülmüş işlərin əhəmiyyəti bu gün özünü xüsusilə qabarıq şəkildə göstərməkdədir. İki ildir ki, Cənub Qaz Dəhlizi açılıb və bu gün artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsi nəzərdən keçirilir. Həmçinin TAP-ın ötürücülük qabiliyyətinin 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər qaldırılması müzakirə olunur. Bu bir daha göstərir ki, Avropada alternativ enerji mənbəyinə ehtiyac çox böyükdür və enerji təchizatının davamlı şəkildə şaxələndirilməsi zəruridir.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat Avropaya Azərbaycandan təbii qaz ixracı həcminin artmasının ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirən amil olduğunu vurğulayaraq deyib: “Avropaya Azərbaycandan təbii qaz ixracı getdikcə artır. Bu göstərici 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr həcmində olmuşdur. Bu il isə ixrac həcminin 24,5 milyard kubmetr olması gözlənilir. Ötən ilin iyulunda Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen tərəfindən imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandum uğurla icra olunur. Dövlətimizin başçısının dediyi kimi, bu sənəd, əslində, gələcək planlar üçün aydın yol xəritəsidir. Ölkəmiz Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırır və bunun üçün Azərbaycanın resursları var. Azərbaycanla Avropa arasında çox yüksək səviyyədə qarşılıqlı etimad və siyasi iradə mövcuddur. Cənab Prezident ötən il baş vermiş mühüm hadisələrdən biri kimi Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılmasını qeyd etdi. Vurğulandı ki, bu, Cənub Qaz Dəhlizi layihəsi və müəyyən dərəcədə onun şaxələndirilməsi sayəsində mümkün oldu və nəticədə təbii qazın Bolqarıstana təchizini başlamaq imkanını yarandı. Bu genişləndirmə və interkonnektorlar vasitəsilə qonşu ölkələrə də dəhlizin genişləndirilməsi nəzərdə tutulur. O cümlədən, dekabr ayında Azərbaycan və Rumıniya arasında da qaz təchizatı haqqında saziş imzalandı. Beləliklə, Rumıniya da Cənub Qaz Dəhlizində iştirak edən ölkələr sırasına qoşuldu. Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Saziş imzalandı. Bu, enerji təhlükəsizliyində artıq tamamilə yeni bir səhifənin açılması deməkdir. Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində ilk olaraq Yaşıl Enerji Məşvərət Şurası keçiriləcək.”
K.Qafarov Azərbaycanın bərpaolunan enerji istehsalı sahəsində atdığı addımların əhəmiyyətini də vurğulayıb: “Azərbaycanın bir müddət əvvəl aşkar olunmuş böyük bərpaolunan enerji potensialı ölkəmizin bu enerji təhlükəsizliyi məsələləri ilə bağlı mövqelərini daha da gücləndirir. Bu gün ölkəmizdə “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Prezident İlham Əliyev öz çıxışında bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanacağını açıqladı. Bildirildi ki, bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Beləliklə, üç layihənin ümumi gücü 710 meqavat təşkil edəcək. Başqa sözlə, təxminən bir il və ya ilyarım ərzində Azərbaycan bu həcmdə bərpaolunan enerji istehsal edəcək. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir.Perspektivdə isə həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal olunacaqdır.”
Bölməyə aid digər xəbərlər

Tarix: 9-02-2023, 11:58 Oxunub: 46
Bölməyə aid digər xəbərlər
3-02-2023, 12:38
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edib - YENİLƏNİR - FOTO/VİDEO
3-02-2023, 09:14
İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edir - YENİLƏNİB - CANLI YAYIM
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
21-07-2022, 14:03
Kamaləddin Qafarov: “Azərbaycan – Avropa İttifaqı əməkdaşlığı qarşılıqlı etimad prinsiplərinə əsaslanır”
6-06-2022, 15:13
Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
3-06-2022, 10:21
Aqiyə Naxçıvanlı: “Azərbaycanın enerji siyasəti regionun təhlükəsizliyinə xidmət edir”
18-03-2022, 10:00
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
4-02-2022, 10:01
Aqiyə Naxçıvanlı: “Azərbaycan etibarlı tərəfdaş kimi bundan sonra da Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynayacaq”
4-02-2022, 09:18
Kamaləddin Qafarov: “Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri yeni formata keçir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək