16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Zirvə görüşündə irəli sürdüyü təşəbbüslər dünya üçün çox aktualdır”

“Uzun illərdir Azərbaycan siyasi, iqtisadi və digər mövzularda beynəlxalq tədbirlərin keçirildiyi mərkəz kimi tanınır. Son illərin tarixi də göstərir ki, ölkəmiz onlarla beynəlxalq sammitə, qlobal layihələrin müzakirə olunduğu toplantılara evsahibliyi edib. Artıq bu sahədə böyük təcrübə əldə edən ölkəmiz belə tədbirləri ən yüksək səviyyədə böyük peşəkarlıqla təşkil edir. Bakı bu ərəfələr də xeyli qonaqlı-qaralıdır. Paytaxtımızda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü baş tutub. Görüşədə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin prezidenti, 3 ölkənin Baş naziri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıblar. Tədbirə diqqətin bu qədər yüksək olması müzakirə olunan mövzunun aktuallığı ilə yanaşı, Azərbaycanın dünyada artan nüfuzu, həmçinin Hərəkata uğurla rəhbərlik etməsidir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunduğu kimi, təşkilat hazırda Azərbaycanın sədrliyi ilə böyük inkişaf yolu tutub, nüfuzu dünyada durmadan artır və qlobal proseslərə təsir imkanları yüksəlir. Məlumdur ki, bütün dünyada tüğyan edən, minlərlə insanın ölümünə səbəb olan, ağır sosial-iqtisadi fəsadlara yol açan pandemiya dönəmində Hərəkatın sədri olaraq Azərbaycan öz işinə böyük məsuliyyətlə və peşəkarcasına yanaşaraq real vəziyyətə operativ və adekvat reaksiya verdi, qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər yüksək səviyyədə dəstəkləndi. Bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə Hərəkatın COVID-19-a qarşı mübarizə mövzusunda onlayn sammiti keçirildi, BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən Xüsusi Sessiyası təşkil edildi. Həmçinin ölkəmizin təklifi ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi. Bu qeyd etdiklərim bir daha təsdiqləyir ki, Hərəkat dünyada böyük söz sahibinə çevrilməkdədir. Bu da, təbii ki, ölkəmizin peşəkar rəhbərliyinin təzahürüdür”, -
S.Möhbalıyev ifadə edib.
AHİK sədri bildirib ki, Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı bir sıra vacib məqamlara toxundu: “Beynəlxalq siyasətin dərin bilicisi olan dövlətimizin başçısı diplomatik ustalıqla dünyanı narahat edən məsələləri gündəmə gətirdi. Vacib məqamlardan biri formalaşmaqda olan yeni dünya düzəni fonunda beynəlxalq hüququn norma və prinsiplərinin təsir imkanlarının zəifləməsidir. Beynəlxalq qurumların qəbul etdiyi qərarlara laqeyd münasibət, tətbiq olunan ikili standartlar dünyada sülhü və təhlükəsizliyi təhdid edən faktorlardan biridir. Bu gün dünyada ağır böhrana səbəb olan müharibələr mövcuddur, ərazi iddiaları daha da artıb. Bütün bu və digər bu kimi xoşagəlməz halların aradan qaldırılması üçün mütləq beynəlxalq təşkilatlar fəaliyyətlərini təkmilləşdirməli, dünya dövlətləri məsuliyyətlərini artırmalıdır”.
Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyev BMT ilə bağlı çox mühüm olan fikirlərini səsləndirdi və bu, dünya üçün son dərəcə önəmli və ədalətli təkliflərdir: “Həqiqətən də, indiki reallığın tələbinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinə çox ehtiyac var, bu, ədalətli addım olardı. Biz görürük ki, BMT dünyada yaşanan gərginliyin azaldılması istiqamətində elə də bir iş görə bilmir. Yeri gəlmişkən, xatırladım ki, keçmiş Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi uzun ilər kağız üzərində qaldı, bunun icrası üçün işğalçıya heç bir təziyiq göstərilmədi. Təbii ki, yaşanan bu cür hallar dünyanın ən böyük təşkilatına olan etimadı aşağı salır. Ona görə də bu kimi hallar qurumda köklü islahatları labüd edir”.
“Prezident İlham Əliyev Ermənistan işğalından azad olunan Şərqi Zəngəzur və Qarabağdakı vəziyyət barədə də iştirakçılara məlumat verdi və bir daha törədilən vandal aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Təbii ki, bu da üzv dövlətlərin bundan sonra da ədalətli yanaşma sərgiləməsi üçün vacibdir. Dünya bilməlidir ki, Azərbaycan işğalın acı nəticələrini aradan qaldırmaq üçün səylə çalışır, yeni şəhərlər, kəndlər salır. Hüquqları pozulmuş sakinlərin həmin ərazilərə qayıtması üçün əlindən gələn hər şeyi edir. Özü də təkbaşına, heç bir kənar yardım olmadan. Həm də dövlətimizin başçısının səsləndirdiyi kimi, Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələrdəndir. Təkcə 2020-ci ilin noyabrından indiyədək 282 şəxs mina qurbanı olub, onlardan 46 nəfəri həyatını itirib, 236 nəfəri isə yaralanıb. Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxu da bu cür problemdən əziyyət çəkir. Buna görə də Prezident İlham Əliyevin Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ilə bağlı təklifi son dərəcə vacib amildir”, - Səttar Möhbalıyev əlavə edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 3-03-2023, 11:27 Oxunub: 57
Bölməyə aid digər xəbərlər
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
5-09-2022, 11:09
Səttar Möhbalıyev: “Dövlətimizin başçısının İtaliyaya səfəri iki ölkə arasındakı münasibətləri yeni müstəviyə yüksəldəcək”
11-10-2021, 14:17
İlham Əliyev Qoşulmama Hərəkatının Toplantısında çıxış edib - TAM MƏTN
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 09:20
“Acıbadem”dən COVID-19-a qarşı Bakıya qardaş əli
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU