10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Səttar Möhbalıyev: “Azərbaycan dünyada sülh və sabitlik naminə mühüm işlər görür”

“Milli maraqlara əsaslanaraq tamamilə müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu tərəfdaşlıq prinsiplər üzərində qurulan Azərbaycanın xarici siyasi strategiyası beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərini möhkəmləndirir, nüfuzunu durmadan artırır. Əminliklə deyə bilərik ki, regionda əhəmiyyətli gücə çevrilən Azərbaycan qlobal müstəvidə də sülh və təhlükəsizliyə mühüm töhfələr verir, son dərəcə vacib təşəbbüslərlə çıxış edir. Bu baxımdan dünya dövlətləri ölkəmizlə ünsiyyətə, münasibətlərin qurulmasına və genişləndirilməsinə xüsusi önəm verirlər. Həmçinin hazırda qlobal gərginliyin artdığı, kəskin böhranın yaşandığı bir dönəmdə Azərbaycanın xilaskar missiyası, o cümlədən dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr beynəlxalq ekspertlər və siyasi xadimlər tərəfindən son zamanlar ən çox müzakirə edilən mövzulardandır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Eləcə də Azərbaycan bu gün dünyanı narahat edən problemlərin müzakirə olunduğu mərkəz kimi tanınır. Hazırda paytaxt Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşünün ardından “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirilir. Dövlətimizin başçısı cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin mövzusu bundan əvvəlkilər kimi kifayət qədər aktualdır. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndənin iştirakı bu platformaya ildən-ilə artan marağı göstərir. Ötən forumlar kimi, inanırıq ki, builki Forum da bəşəriyyətin üzləşdiyi çətinliklərin dərindən araşdırılması, həlli yollarının müəyyən edilməsi və dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olacaq”, - Milli Məclisin deputatı bildirib.
“Forumun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev dünyada baş verən proseslərə ölkəmizin yanaşmasını, qlobal böhran şəraitində atdığı addımları, pandemiya dövründə gördüyü işləri iştirakçıların diqqətində çatdırmaqla Azərbaycanın dünya üçün nə qədər vacib ölkə olduğunu bir daha sübut etdi. Həmçinin dövlətimizin başçısı Ermənistanın uzun illər davam etmiş işğal siyasətini, onun acı nəticələrini, eləcə də işğalı aradan qaldırmaq üçün Azərbaycanın danışıqlara sadiq qaldığını, bunun heç bir nəticə vermədiyini və müharibənin qaçılmaz olduğunu faktlarla göstərdi. Forum iştirakçıları nüfuzlu sabiq dövlət və hökumət başçıları, tanınmış beynəlxalq ekspertlər, zəngin düşüncəli insanlardır. Təbii ki, bu barədə onların məlumatlandırılması imkan verəcək ki, Azərbaycanın bölgədə müəllifi olduğu yeni reallıqlar, haqlı mövqeyi dünya ictimaiyyətinə çatsın”, - Səttar Möhbalıyev vurğulayıb.
AHİK sədri qeyd edib ki, ümumiyyətlə, dövlətimizin başçısı cənab İlham Əliyev hər zaman beynəlxalq tribunalardan səsləndirdiyi fikirlərlə, irəli sürdüyü təşəbbüslərlə dünya ölkələrini sülhə, sabitliyə, ədalətə çağırır.
Onun sözlərinə görə, Qoşulmama Hərakatının sədri olaraq Prezidentimizin gördüyü işlər dünyada Azərbaycanın müsbət imicini formalaşdırıb: “Çox da uzağa getməyək, elə pandemiya dövründə dünya miqyasında atdığı addımlar kifayət edir ki, Azərbaycan Prezidentinin ədalətli mövqeyini görəsən. O, öz ölkəsi ilə yanaşı, digər ölkələrin, o cümlədən bəşəriyyətin gələcəyi naminə də səylə çalışır”.
Bölməyə aid digər xəbərlər

Tarix: 10-03-2023, 08:40 Oxunub: 181
Bölməyə aid digər xəbərlər
3-03-2023, 11:27
Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Zirvə görüşündə irəli sürdüyü təşəbbüslər dünya üçün çox aktualdır”
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
17-01-2023, 13:44
Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin beynəlxalq mövqeləri ildən-ilə yüksəlir”
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
5-09-2022, 11:09
Səttar Möhbalıyev: “Dövlətimizin başçısının İtaliyaya səfəri iki ölkə arasındakı münasibətləri yeni müstəviyə yüksəldəcək”
3-06-2022, 10:21
Aqiyə Naxçıvanlı: “Azərbaycanın enerji siyasəti regionun təhlükəsizliyinə xidmət edir”
1-06-2022, 11:07
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN
11-02-2022, 13:54
Prezident açılışda - YENİLƏNİB + FOTO
11-02-2022, 12:15
Prezident AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU