11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Cənab Prezident İlham Əliyev X Qlobal Forumda Azərbaycanın sülhpərvər mövqeyni bir daha dünyanın diqqətinə çatdırmış oldu

Artıq üçüncü gündür ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirilir. Bu dəfə “Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir. Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınır, qarşıda duran çağırışların həlli yolları müzakirə olunur, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulur, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılır. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularındandır. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşməklə, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Forumun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev qeyd edilən məsələlərə dair geniş və məzmunlu nitqi söyləmişdir. Cənab Prezident panellərdən birinin multilateralizmə həsr olunmasından məmnunluq ifadə edərək bildirdi ki, “Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Biz böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində təəssüf ki, bir az passiv Qoşulmama Hərəkatını, - əgər belə demək olarsa, - canlandırmağa çalışdıq. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik.”
Bu onu göstərir ki, Azərbaycan bir dövlət və millət kimi bəşəri ideyaların qorunmasında, insanlığı narahat edən problemlərin həllində maraqlıdır və bu sahədə əlindən gələni edir. Dövlət başçısı səviyyəsində həyata keçirilən belə tədbirlər ilk növbədə ölkənin və xalqın düşüncə tərzindəki bəşəri ideyalardan xəbər verir.
Prezident İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, Azərbaycan regionda sabitlik və dayanıqlı inkişaf naminə sülh istəyir. Bununla bərabər Azərbaycan Prezidenti ciddi mesajlar verərək bildirdi ki, sülh naminə atılan addımlar qarşılıqlı olmalıdır. Təəsüf ki, izdən fərqli olaraq Ermənistan hələ də sülh prosesinə başlamaq istəmir, revanşist siyasət yürütməkdə davam edir: “Beləliklə, hazırda onlar üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Bir sözlə, biz sülh istəyirik. Biz hər hansı digər müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur.
Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir. Bu mövqe yalnız bizim məsələmizə deyil, dünyadakı bütün münaqişələrə şamil edilir. Biz bu mövqeyi açıq şəkildə bəyan edirik.”
Dünyada enerji təhlükəsizliyi yarandığı bir dövrdə Azərbaycan regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan iki ölkədən biridir. Hazırda onun həyata keçirdiyi enerji siyasətinin məqsədi ölkənin dünya bazarlarına çıxış imkanlarını daha da artırmaqdan və dünya ölkələri üçün alternativ enerji mənbəyi yaratmaqdan ibarətdir. Son illərdə dünya enerji satışı bazarında çəkisini və rolunu xeyli dərəcədə gücləndirməsi Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa marağını daha da artırmışdır. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması dünyanın inkişaf etmiş dövlətləri və aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə etiraf olunur. əlbəttə ki, bu əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab İlham əliyev tərəfindən uğurla davam etdirilən enerji siyasətinin nəticəsində mümkün olmuşdur. Cənab İlham Əliyev çıxışında bu problemə toxunaraq qeyd etmişdir: “Biz qaz yataqlarımıza sərmayələrimizi artırmışıq. Hazırda isə görürük və nəinki görürük, biz hətta ixrac boru kəmərlərinin genişləndirilməsi üzərində işləyirik. Cənub Qaz Dəhlizi istismara verildi. Boru kəmərinin sonuncu hissəsi 2020-ci il dekabrın 31-də istismara verildi. Hazırda iki ildən bir az çox vaxt keçir və biz sistemi genişləndirməliyik - TANAP-ı 16-dan 32 milyard kubmetrə, TAP-ı isə 10-dan 20 milyard kubmetrə. Bu, sırf Avropada artan tələbatla bağlıdır. Belə olmasaydı, biz sərmayə qoymazdıq. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra biz qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət almışıq və onun üzərində işləyirik. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Bu, elə bir haldır ki, biz hər zaman etibarlı tərəfdaş olmuşuq.”
Prezident Azərbaycanın təkcə özünün problemləri ilə bağlı deyil, pandemiya kimi ümumbəşəri və qlobal problemlərdə də aktiv roluna toxunub, bundan sonra da bu bəladan qurtulmaqla bağlı müsbət addımların atılması sahəsində, Avropanın enerji təhlükəsizliyində, eləcə də yük daşımalarda yaranan problemlərin həllində dünyanın yanında olacağımızı vurğulamış, Azərbaycanın sülhsevər mövqeyini bir daha beynəlxalq aləmin diqqətinə çatdırmışdır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər

Tarix: 14-03-2023, 14:29 Oxunub: 42
Bölməyə aid digər xəbərlər
13-03-2023, 09:46
X Qlobal Bakı Forumu bir daha Azərbaycanın nüfuzunu sübut edir
13-03-2023, 09:45
Azərbaycan artıq qlobal dialoq məkanına çevrilib
9-03-2023, 09:16
X Qlobal Bakı Forumu başlayıb - YENİLƏNİB
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
1-11-2021, 22:20
Prezident və birinci xanım Lahıcda məsciddəki bərpa-təmir işləri ilə tanış olublar - YENİLƏNİB
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO