16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Səttar Möhbalıyev: “Müdrik rəhbərləri sayəsində Azərbaycan və Türkiyənin daha böyük uğurları hələ qarşıdadır”

“Öz gücü və qüdrəti ilə dünyanın lider dövlətləri içərisində yer alan dost və qardaş Türkiyə bu gün texnologiya sahəsində böyük uğurlara imza atır. 2018-ci ildən başlayaraq hər il keçirilən “TEKNOFEST” festivalı bunun əyani nümayişidir. Demək olar ki, festival ildən-ilə genişlənir və iştirakçılarının sayı artır. Əgər 2018-ci ildə “TEKNOFEST”də 4333 komanda, 20 min iştirakçı var idisə, bu il artıq komandaların sayı 333 mini, iştirakçıların sayı isə 1 milyonu ötüb. Təbii ki, qardaş ölkənin bütün bu uğurları bizi dərindən sevindirir və qürurlandırır. Ötən il “TEKNOFEST” Türkiyədən kənarda ilk olaraq Azərbaycanda təşkil edildi və möhtəşəmliyi ilə yadda qaldı. Demək olar ki, respublikamızın hər yerindən ziyarətçilər var idi. Pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə gənclərə ideyalarını reallaşdırmaq imkanı verən “TEKNOFEST Azərbaycan” onlarda elm naminə çalışmaq, yeniliklər etmək, sağlam mühütdə rəqabət aparmaq kimi mədəniyyətləri aşıladı. Builki möhtəşəm və əlamətdar “TEKNOFEST”ə Türkiyə Prezident cənab Rəcəb Tayyib Ərdoğanın dövlətimizin başçısı cənab İlham Əliyevi dəvət etməsi sarsılmaz qadaşlığın əlamətdir. Bu, bir daha göstərir ki, dar gündə olduğu kimi, şad gündə də iki qardaş bir yerdədir. Hər iki ölkənin liderləri festivalda birlikdə addımladı, iştirakçılar tərəfindən böyük coşqu, alqışlarla qarşılandılar. Bu gün dünya xəritəsində həm güclü Azərbaycan, həm də güclü Türkiyə var. Sözsüz ki, bu nailiyyətlərin memarları qardaş ölkələrin prezidentləridir. Onlar fəaliyyətləri ərzində yalnız xalqları və dövlətləri naminə çalışıblar və bunun nəticələri hazırda göz qabağındadır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, festivalda alqışlarlarla müşayiət olunan Prezident İlham Əliyevin çıxışı yaddaqalan oldu: “Dövlətimizin başçısı bir daha bəyan etdi ki, qardaş ölkələrimiz hər zaman birlikdədir, həmrəydir. Prezidentimiz 44 günlük Vətən müharibəsində Türkiyənin mənəvi-siyasi dəstəyinə toxundu. Həqiqətən də, qardaş ölkə ilk gündən bizimlə birlikdə oldu, cənab Rəcəb Tayyib Ədoğan “Azərbaycan tək deyil” deməklə hər kəsə öz yerini göstərdi. Təbii ki, bu mənəvi dəstək ölkəmizin gücünə əlavə güc qatdı. Əminliklə deyə bilər ki, Türkiyə qardaşlıq borcunu ləyaqətlə yerinə yetirdi, sonadək Azərbaycanı dəstəkləməsi hər bir azərbaycanlını qürurlandırdı. Cənab Rəcəb Tayyib Ərdoğan həmçinin Zəfər paradında iştirak etməklə qələbəmizi daha da şərəfləndirdi. Hazırda Azərbaycan və Türkiyənin müttəfiqliyi Şuşa bəyannaməsi ilə özünün ən yüksək zirvəsindədir. İctimai həyatımızın vacib məsələlərini özündə ehtiva edən bəyannamə tarixi önəm daşımaqla ikitərəfli münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsini müəyyənləşdirir və bütün müstəvilərdə davamlı inkişafı təmin edir. Həmçinin Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırır”.
“Cənab İlham Əliyev çıxışında eləcə də son 20 ildə Türkiyənin keçdiyi yolu şərəfli yol adlandırdı. Bu gün Türkiyənin nə qədər güclü dövlət olduğu hamıya bəllidir. Dünyada böyük söz sahibidir, iqtisadiyyatı günü-gündən inkişaf edir, sənayesi genişlənir, hərbi gücü də, təbii ki, müzakirəedilməzdir. Son zamanlar hərbi sənayesinin artması qardaş ölkənin müdafiə imkanlarını əlavə olaraq möhkəmləndirib. Türkiyə hər zaman haqqın, ədalətin yanında olub, onun bütün səyləri dünyada sülh və təhlükəsizlik naminədir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, cənab Rəcəb Tayyib Ərdoğanın Türk dövlətlərinin biri-birinə yaxınlaşmasında, həmrəyliyində, təşkilatlanmasında, birləşdikləri Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsində, nüfuzunun və sıralarının artmasında da böyük xidmətləri var. Bir sözlə, qardaş ölkə öz lideri cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha parlaq gələcəyə doğru inamla irəliləyir”, - Milli Məclisin deputatı bildirib.
“TEKNOFEST” çərçivəsində o cümlədən Azərbaycanın zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması mərasimi baş tutdu. Yeri gəlmişkən, Türkiyədə baş verən dağıdıcı zəlzələnin ilk günündən Azərbaycan öz həmrəyliyini nümayiş etdirdi. Dövlətimizin başçısı cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi, ardınca telefonla zəng edərək ölkəmizin Türkiyənin dərdinə şərik olduğunu bildirdi, həmçinin qardaş ölkənin səfirliyində oldu. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da rəsmi instaqram səhifəsində Türkiyə xalqına güc və səbr dilədi. Bütövlükdə xalqımız həmrəylik göstərdi, ölkəmizdən zəlzələ bölgəsinə yardımlar yola salındı. Hazırda Azərbaycan tərəfindən Kahramanmaraşda yaşayış kompleksinin salınması bu dəstəyin davamı və qardaşlıq nümunəsidir”, - AHİK sədri qeyd edib.
Səttar Möhbalıyev əminliklə ifadə edib ki, Azərbaycan və Türkiyənin nailiyyətləri hər iki ölkə liderlərinin müdrik rəhbərliyi ilə bundan sonra da uğurla davam edəcək.
Bölməyə aid digər xəbərlər

Tarix: 30-04-2023, 10:58 Oxunub: 125
Bölməyə aid digər xəbərlər
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
31-05-2022, 10:14
Səttar Möhbalıyev: “TEKNOFEST Azərbaycan” qardaş Türkiyə ilə həmrəyliyimizin növbəti nümayişidir”
30-08-2021, 13:10
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında - YENİLƏNİB+ FOTO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU