14:22 / 28-07-2026
Türkiyə İsrailə müdaxiləyə hazırlaşır – Təl-Əvivdə Ankara qorxusu
14:10 / 28-07-2026
Tacikistandan geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:00 / 28-07-2026
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
Seymur Məmmədov: Güzəşt olmayacaq!

Sumqayıt Bulvar İdarəsinin direktoru Seymur Məmmədov - Son dövrlər Laçın sərhəd buraxılış məntəqəsi və Xankəndi ətrafında baş verən hadisələr, atəşkəsin intensiv şəkildə pozulması onu göstərir ki, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə və soyqırımı da daxil olmaqla, ən ağır müharibə və insanlıq əleyhinə saysız-hesabsız cinayatlər törətmiş Ermənistan 30 ilə yaxın davam edən işğalçı siyasət və əməllərdən əl çəkmək istəmir. Rəsmi İrəvanın sülh prosesinə yaratmağa çalışdığı əngəllər Nikol Paşinyanın “Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanındığına” dair bəyanatına tamamilə ziddir.
Azərbaycana qarşı bölgədə qeyri-qanuni fəaliyyət aparılmasını çətinləşdirən Laçın sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini tələb edən, təcavüzkar siyasəti və separatizmi dəstəkləyən Ermənistan tərəfi anlamaq istəmir ki, Azərbaycanın Laçında məntəqə təsis etməsi tamamilə beynəlxalq hüquq normaları çərçivəsindədir. Bu addım Ermənistanın pozucu fəaliyyətinin qarşısını almaq zərurətindən doğur və bu məntəqənin mövcudluğu müzakirə mövzusu deyil. Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın məlum tələbini 2023-cü il 6 iyul tarixli qərarı ilə yekdilliklə rədd edərək bir daha təsdiq edib ki, Azərbaycanın sərhəddə buraxılış məntəqəsi təsis etməsi tamamilə suveren və legitim bir qərardır. Bundan sonra Ermənistanın guya Azərbaycanın Laçın dəhlizini blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoyması ilə bağlı müraciəti əsasında BMT TŞ-nın 2023-cü il 16 avqust tarixində keçirilmiş növbədənkənar iclasında aparılan müzakirələr də rəsmi İrəvanın ikiüzlü, riyakar siyasətini bir daha nümayiş etdirdi. Ermənistanın bu platformadan növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Özü-özünə süni maneələr yaratmaqla, Azərbaycanın yeni, alternativ humanitar yollarına qarşı aqressiv münasibət nümayiş etdirən və tarixi xislətlərinə sadiq qalan ermənilərin isə özlərini bütün dünyaya məzlum, yazıq, əzabkeş obrazını sırıması və bu əsasla mərhəmət diləməsi indi artıq mümkün deyil. Ona görə də qondarma Dağlıq Qarabağ rejiminin və Ermənistanın gözləntilərinin əksinə BMT TŞ-də müzakirədə iştirak edən dövlətlərin heç birinin xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma Dağlıq Qarabağ rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etmədilər. Bu, məntiqi nəticədir.

Ermənistan nəinki ölkəmizə qarşı BMT səviyyəsində sanksiyaların tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına nail ola bilmədi, əksinə, faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Çin, Braziliya, Albaniya kimi dövlətlərin nümayəndələrinin Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləməsi onu göstərir ki, ölkəmizin beynəlxalq dəstəyinin coğrafiyası gündən-günə genişlənməkdədir. Bu, ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Cənubi Qafqaz bölgəsində sülhyaratma prosesi çərçivəsində həyata keçirdiyi praqmatik, uzaqgörən xarici siyasətinin, beynəlxalq təşkilatlarda, o cümlədən ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə səmərəli fəaliyyətinin bariz uğur nümunəsidir.
Görünən odur ki, Azərbaycan diplomatiyasının ardıcıl uğurlarını həzm edə bilməyən Ermənistan Qarabağdakı separatçı qüvvələrə müxtəlif vasitələrlə siyasi və hərbi dəstək verməkdə və bu prosesə beynəlxalq erməni mafiyasını cəlb etməkdə davam edir. Lakin Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq aktorlar, o cümlədən, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən müsbət qarşılanmış Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan istifadə edilməsi təklifindən Ermənistan tərəfinin imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının reallığı əks etdirmədiyini göstərir. Demək, rəsmi İrəvanın əsl niyyəti bu vəziyyətdən siyasi şantaj məqsədilə sui-istifadə etmək və Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətini davam etdirməkdir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Qarabağda yaşayan erməni əhali üçün göndərilmiş 40 ton ərzaqdan imtina edilməsi, Xankəndidə və İrəvanda şou xarakterli küçə nümayişlərinin təşkil olunması, Livanda Azərbaycan səfirliyinə hücum, Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulluğunun qarşısındakı meydanın adının dəyişdirilərək, qondarma “Artsax Respublikası” qoyulması barədə qərar da bu üzdəniraq siyasətin elementləridir.

Ermənistan baş nazirinin bölgədə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətini, hər gün onlarla erməni sakinlərin məntəqədən hər iki istiqamətdə keçməsini və Azərbaycanın Ağdam-Xankəndi marşrutu daxil olmaqla, alternativlər irəli sürməsini gözardı edərək, “blokada” barədə məlumatlar yayması beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir.
30 illik işğal dövründə beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı davam etdirdiyi təcavüzə, etnik təmizləmə siyasətinə qarşı beynəlxalq təşkilatların xəbərdarlıqlarını, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini heçə sayan Ermənistanın Azərbaycana qarşı beynəlxalq səviyyədə tədbirlər görməyə çağırış etməsi absurddur və riyakarlıqdır.
Prezident İlham Əliyev postmüharibə dövrünün yeni reallıqlarından çıxış edərək ən müxtəlif səviyyələrdə və müxtəlif formatlı görüşlərdə vəziyyətdən yeganə çıxış yolunu göstərmiş və dəfələrlə bəyan etmişdir ki, bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərt Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə Ermənistan rəsmilərinin müdaxilə cəhdlərinə son qoyulması və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsidir.
Silahlı təxribatlar və şou xarakterli siyasi avantüralar isə bu gün rəsmi İrəvanın hələ də bölgədə sülhə maraqlı olmadığını sübut edir və onun barışığa çalışması barədə yalnız sözdə söylədiklərin siyasi manipulyasiyadan başqa bir şey deyil. Artıq bütün dünya görür ki, Ermənistan və onun xaricdə satın aldığı havadarları tərəfindən “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı aparılan qərəzli təbliğat əsassız və sübutu olmayan iddialardır. Tarix boyu türklərə və azərbaycanlılara qarşı açıq-aşkar düşmənçilik siyasəti yürüdən, maddı və mənəvi terror yolu tutmuş, beynəlxalq konvensiyalara və bəyanatlara açıq-aşkar məhəl qoymayan rəsmi İrəvanın həmin beynəlxalq qurumlardan dəstək ummasını sağlam düşüncə qəbul etmir.
Monoetnik Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas motivlərindən biri ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışının qarşısını almaqdır. Bunun əksinə olaraq, beynəlxalq ictimaiyyət Azərbaycanı çoxmillətli dövlət və milli azlıqlar arasında heç bir ayrı-seçkiliyin olmadığı tolerant ölkə kimi tanıyır. Hökumətimiz Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bunun üçün Ermənistan da daxil olmaqla kənardan heç bir yardıma ehtiyacı yoxdur. Prezident İlham Əliyev hər fürsətdə Azərbaycanda yaşayan hər bir vətəndaşın, o cümlədən erməni sakinlərin əmin-amanlıq şəraitində və bərabərlik prinsipi əsasında hüquq və azadlıqlarının təmin olunacağına zəmanət verdiyini söyləyir. Bu məqsədlə beynəlxalq hüququn tələblərinə əsaslanaraq müvafiq fəaliyyət formasını və vasitəlirini də özü seçir. Bu kontekstdə BMT TŞ-nın iclasında məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirilməsi tamamilə Azərbaycanın maraqlarına cavab verir. O ki qaldı “blokada” məsələsinə, Ermənilərin təyinatından kənar məqsədlər üçün istifadə etməyə çalışdıqları və bu niyyətlərinə hətta BQXK-ni və Rusiya sülhməramlı kontingentini cəlb etmələri Azərbaycan tərəfinin Laçın sərhəd buraxılış məntəqəsinə nəzarəti gücləndirməyə və müvafiq təhlükəsizlik tədbirlərini görməyə vadar etmişdir. Və bu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan legitim haqqımızdır.
Afrika ölkələrində baş verən ciddi siyasi proseslər fonunda beynəlxalq nüfuzunu sürətlə itirməkdə davam edən Fransanın Ermənistanın vəkili rolunda öz hədəflərinə istədikləri nəticəni əldə edə bilməməsi də məntiqi nəticədir. Bu, həm də onu göstərir ki, ciddi siyasi böhranın hökm sürdüyü Ermənistan hökumətinin, revanşist qüvvələrin və beynəlxalq erməni mafiyasının sülhə mane olmaq cəhləri heç bir nəticə verməyəcək. Bir neçə gün bundan öncə Laçın sərhəd keçid məntəqəsində gömrük postunun fəaliyyətə başlaması, son günlər Ermənistan tərəfindən rəvac verilən genişmiqyaslı silahlı təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavablar onu göstərir ki, Azərbaycan isə bölgədə dayanıqlı sülhün bərqərar olunması, həmçinin ölkəmizin təhlükəsizliyinin və suveren hüquqlarının təmin olunması naminə qarşıya qoyduğu hədəflərə doğru qətiyyətlə irəliləməkdədir.
Bölməyə aid digər xəbərlər

Tarix: 7-09-2023, 11:52 Oxunub: 120
Bölməyə aid digər xəbərlər
3-09-2023, 09:14
Kamaləddin Qafarov: “Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması tarixi zərurət idi”
30-08-2023, 08:37
Ermənilərin anlamalı olduğu məsələ
27-08-2023, 09:33
Eltun Süleymanov: “Laçına giriş istiqamətində Ermənistanla sərhəd keçid məntəqəsinin yaradılması tarixi hadisədir”
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
25-07-2023, 10:12
XİN: "Paşinyan bölgədə vəziyyətə dair növbəti dəfə heç bir əsası olmayan fikirlər səsləndirib"
25-04-2023, 10:00
Cənubi Qafqazda "erməni layihəsi" iflasa uğradı: Ssenaristlər geri çəkilir, maraqlar dəyişir
24-04-2023, 10:06
Xankəndi əməliyyatı son mərhələyə keçdi: Əliyev erməni təlxəklərin "terror sirki"ni qapadır
31-03-2023, 11:32
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
7-03-2023, 09:30
Xankəndi əməliyyatına qarşı əngəllər dəf olunur: ABŞ-dan Bakıya strateji məzmunlu mesaj verildi
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI