12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Azərbaycan Respublikası böyük bir uğura imza atdı
Məşhur bir aforizimdə deyilir ki, “ düşmən səni təsadüfən incidən deyil, bunu bilərəkdən edəndir “. Azərbaycan Respublikası isə tarixin ən üzsüz düşməni ilə üz-üzə dayanıb. Erməni deyilən bu varlıqlar torpaqlarımıza gəldikləri gündən onlara olan xoş münasibəti, humanizi hər dəfə məhv etməyi bacarmış, nankorluqları ilə tanınmışdırlar. Yaxın keçmişdə baş verən 44 günlük müharibə zamanı Azərbaycan ordusu Ermənistana misli görülməmiş dərs vermişdir. Qarşı tərəf özü də yaxşı bilirdi ki, Azərbaycan əsgəri istəsəydi bayrağını öz qədim haqq torpaqları olan İrəvana belə sancardı, lakin bunu etməyib sülhə imza atdıqsa, bu Azərbaycan tərəfinin məsələyə olan humanist yanaşmasına, problemin sülh yolu ilə həlli tərəfdarı olmasına dəlalət edirdi. Keçən zaman düşmənin mənfur xislətini yenə ortaya qoydu. Verilən vədlər, götürülən öhdəliklər unuduldu. Azərbaycan tərəfi yenə bu hadisələrin fonunda səbrli davranmağa, qarşı tərəfi sülhə dəvət etməyə davam etsə də, baş verən son hadisələr artıq lazimi sonu qaçınılmaz edirdi.
Erməni terrorçularının döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaratması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalaması son bir neçə aydır Azərbaycan tərəfini narahat edən bir məsələyə çevrilmişdir. Təbii ki, bu addımlar qarşısında Azərbaycan tərəfi susmayacaq, öz mövqeyini göstərəcəkdi. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslərin həlak olması, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımızın həlak olması və yaralanması Azərbaycan tərəfinin səbrini tükədən son amil oldu. Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olması Azərbaycan ordusunun işə əl qoymasına və regiondakı terrorçu qruplaşmaların təmizlənməsi üçün bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamasına rəvac verdi.
Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılmış, Prezident İlham Əliyevin şəxsən tapşırığına əsasən əməliyyatlar zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmamış yalnız legitim hərbi hədəflər sıradan çıxarılmışdır. Azərbaycan tərəfi həyata keçirdiyi əməliyyatları çoxgüclü dəqiqliklə və hesablanmış planlar əsasında həyata keçirdi. Məhz bu güclü planlama, qoyulan qəti mövqe, hesablanan ən xırda amil qarşı tərəfin əməliyyatlara yalnız 24 saat tab gətirməsinə səbəb oldu. Erməni terrorçuları Azərbaycan əsgəri qarşısında diz çökdü. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu olan erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılması tələbinin yerinə yetirilməsinə qarşı tərəf məcbur edildi.
Azərbaycan Respublikası böyük bir uğura imza atdı. 3 il ərzində edilən güzəştlərin göz ardına vurulması baş verən hadisələrin əsas səbəbidir, Ermənistan tərəfi baş verən hadisələrdə birbaşa təqsirkardır. Düşmən unudur ki, onun qarşısında məğlub edilməz Azərbaycan əsgəri dayanıb, unudur ki, Azərbaycan güclü, düşünülmüş bir siyasətlə idarə olunur, unudur ki, bu xalq bir yumruq kimi birləşməyi bacarır. Azərbaycan öz ərazisində haqlı mövqeyini bərpa edərək, suverenliyinin təhlükəsizliyini təmin etdi. Bu yolda canından keçən oğullarımızın ruhu şad olsun, Tanrı şanlı xalqımızı və ordumuzu qorusun...
Balaxanı qəsəbəsi, 69 № tam orta məktəbin
tarix müəllimi Xəyalə Əsgərli
Bölməyə aid digər xəbərlər

Tarix: 21-09-2023, 14:54 Oxunub: 245
Bölməyə aid digər xəbərlər
8-09-2023, 12:33
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana TƏSİRLİ MÜRACİƏT
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
24-04-2023, 10:06
Xankəndi əməliyyatı son mərhələyə keçdi: Əliyev erməni təlxəklərin "terror sirki"ni qapadır
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
4-10-2021, 11:28
İlham Əliyev Suqovuşanda Azərbaycan bayrağını ucaldıb
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO