16:00 / 28-07-2026
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
15:30 / 28-07-2026
Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
14:22 / 28-07-2026
Türkiyə İsrailə müdaxiləyə hazırlaşır – Təl-Əvivdə Ankara qorxusu
14:10 / 28-07-2026
Tacikistandan geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:00 / 28-07-2026
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Dostluq və qardaşlığın nümunəsi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri bu bölgənin mühüm əhəmiyyətə malik olduğunu təsdiq edən faktorlarından biridir.Muxtar Respublikanın bölgədəki əhəmiyyəti çox artıb.
İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdən sonra gündəmə gələn Zəngəzur dəhlizinin açılması böyük perspektivlər vəd edir. Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa əlaqənin qurulması, kommunikasiyanın qurulması çox əhəmiyyətlidir. Türkiyən türk dünyası ilə qapısı sayılan Naxçıvanın inkişafı, mövcud potensialından səmərəli istifadə olunması layihəsinə start verilməsi ciddi fəaliyyətlərin başlanğıcıdır.
Sentyabrın 25-də Naxçıvana səfərə gələn Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bu səfər sıradan bir səfər deyil və xüsusi önəm daşıyır. Səfər çərçivəsində imzalanan bir sıra sənədlər, o cümlədən İğdır-naxçıvan qaz xəttinin təməlinin qoyulması gələcəkdə təbii qaz məsələsində İrandan asılılığı sıfıra endirəcəkdir. Cənab Prezident İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi, İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığını daha da dərinləşdirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək.
Ölkəmizin başçısı, müzəffər Ali Baş Komandan bu günlərdə keçirilən antiterror əməliyyatından sonra yaranmış situasiyanı şərh edərək əməliyyat zamanı Türkiyənin mənəvi və siyasi dəstəyini yükəsk qiymətləndirmişdir: “Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq.”
Bakı-Tbilisi-Qars dəmiryolunun daşıma imkanlarını artırılması məqsədilə həyata keçirilən tədbirlər də bu yolun effektliyini artıracaqdır. Cənab İlham Əliyev də qeyd etmişdir ki, bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. “Yəni, bütün bu tarixi layihələr bir daha onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, bir-birinə yaxındır. Biz bir-birimizə dəstək verməklə, eyni zamanda, regional məsələləri də düz istiqamətə yönəldirik. Yəni, bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Azərbaycana göstərdiyiniz dəstək həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm də ondan sonra məhz bu məqsədə çatmaq üçün önəmli amildir.”
Ərdoğanın Naxçıvana səfəri zamanı Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolunun imzalanması, ölkəmiz tərəfdən Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında sazişin bağlanması, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Anlaşma Memorandumu əlaqələrimizin nə qədər sıx olmasından xəbər verir. Qars-Naxçıvan dəmir yolunun inşası barədə danışarkən Prezident İlham Əliyev bununla bağlı imzalanan niyyət protokolunu tarixi hadisə adlandırdı. Qeyd etdi ki, bu layihə uğurla həyata keçiriləcək və Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək.
Görünən budur ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişafı üçün qarşılıqlı şəkildə atılan addımların müsbət nəticələri əhəmiyyətli dərəcədə artıb. Dünyada baş verən siyasi və iqtisadi çəkişmələr, münaqişələr fonunda Türkiyə və Azərbaycan əlaqələrinin güclənməsi, yeni siyasi-iqtisadi əməkdaşlıq bağlarının yaradılması regionda inkişaf, sülh və sabitliyə müsbət töhfə verir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər

Tarix: 2-10-2023, 09:05 Oxunub: 41
Bölməyə aid digər xəbərlər
30-09-2023, 09:00
Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ
29-09-2023, 10:00
Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL
26-09-2023, 17:11
Səttar Möhbalıyev: “İğdır-Naxçıvan qaz kəmərinin Muxtar Respublikada sosial inkişafa da təsiri böyük olacaq”
26-09-2023, 13:02
Aqiyə Naxçıvanlı: “Azərbaycan-Türkiyə qardaşlığı hər iki ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə əvəzsiz töhfələr verir”
15-06-2023, 07:58
Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür
1-06-2023, 09:00
Bakı “Zəngəzur düyünü”nü açır: ABŞ və Qərb Türk İttifaqını dəstəkləməyə məcbur qalıb
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
31-08-2022, 11:36
Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi milli dirçəliş prosesinin özülü oldu
13-06-2022, 17:33
Şuşa Bəyannaməsi-qardaşlığın yeni tarixi mərhələsidir
15-11-2021, 09:27
Azərbaycanın dünyada yaratdığı yeni düzən: Türk birliyinə doğru...
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO