11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Səttar Möhbalıyev: “Azərbaycanla Gürcüstan mehriban qonşuluq prinsiplərinin faydalarını sübut etməyi bacarıblar”

“Azərbaycan əlverişli coğrafi yerindən, təbii potensialından səmərəli şəkildə yararlanaraq istər regionda, istərsə də dünyada öz mövqelərini möhkəmləndirir, iqtisadi qüdrətini durmadan artırır. Ölkəmizin regionda rolu, müəllifi olduğu qlobal layihələr ümumilikdə qonşu dövlətlər, o cümlədən dost Gürcüstanın iqtisadi inkişafı üçün əhəmiyyətilidir. Xüsusilə etiraf olunmalıdır ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn bu layihələr həm də iştirakçı ölkələr arasında dostluq münasibətləri yaradıb, yeni-yeni siyasi-iqtisadi əməkdaşlıqlara yol açıb. Bildiyimiz kimi, Ermənistanın uzun illər davam edən işğal siyasəti bütövlükdə regionun inkişafına mənfi təsir göstərirdi. Azərbaycan təcavüzkar dövlətin işğal siyasətini aradan qaldırmaqla yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırıb, regionun inkişafı üçün yeni imkanlar yaradıb. Bu reallıqlardan çıxış edərək Azərbaycanın qonşu ölkələr üçün əhəmiyyəti aydın görünür, bilavasitə sabitliyin və təhlükəsizliyin qarantı kimi qəbul olunur”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Vurğulayım ki, Cənubi Qafqazın iki əsas dövləti - Azərbaycan və Gürcüstan yerləşdikləri regionun əhəmiyyətini yüksək dəyərləndirərək birgə əməkdaşlıq çərçivəsində uğurlu irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri həyata keçiriblər. Gürcüstanın tranzit imkanları şərait yaradıb ki, Azərbaycan enerji resurslarını və digər yükləri dünya bazarına çıxara bilsin. Bu gün Azərbaycan-Gürcüstan münasibətləri dünya dövlətləri üçün bir nümunə təşkil edir, bütün aspektlərdə dövlətlərimizin anlaşa bilmədiyi məsələ yoxdur. Həmçinin hər iki ölkə mehriban qonşuluq prinsipinin əhəmiyyətini və faydalarını öz münasibətləri çərçivəsində sübut etməyi bacarıblar. Statistik məlumatlara əsasən, təkcə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 771 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında isə ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını keçib, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil edib. Həmçinin ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb. Təbii ki, qeyd olunan rəqəmlər yüksək göstəricidir və bu sahədə genişlənən əməkdaşlığı əks etdirir”, - AHİK sədri bildirib.
Onun sözlərinə görə, dövlətimizin başçısı cənab İlham Əliyevin qardaş Gürcüstana son səfəri, sözsüz ki, münasibətlərimizin daha da inkişafına, xüsusi əhəmiyyət kəsb edən və qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin dərinləşməsinə mühüm töhfələr verəcək: “Tbilisidə Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatla çıxışları zamanı iki ölkə arasında mövcud münasibətləri yüksək dəyərləndirdilər və gələcək perspektivlərdən söz açdılar. Ölkələrimiz arasında enerji, nəqliyyat, logistika, dəmir yolu və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Baş naziri İrakli Qaribaşvili həmçinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirdi. Məlumdur ki, hər iki ölkə bütün müstəvilərdə bir-birinə kömək olub. Yeri gəlmişkən, Azərbaycan BMT Baş Assambleyasının müxtəlif vaxtlarda Gürcüstanla bağlı keçirilən sessiyalarında qəbul olunan qətnamələrin lehinə səs verməklə dost ölkəyə dəstək olmuşdur”.
“Dövlətimizin başçısı çıxışı zamanı Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə toxundu və bunun bölgə üçün əhəmiyyətini vurğuladı. Azərbaycan ilk vaxtlardan sülh səylərini davam etdirib, müxtəlif platformalarda bu istiqamətdə aparılan danışıqları dəstəkləyib. Təbii ki, Ermənistan dövləti də real vəziyyəti düzgün qiymətləndirib, xalqının gələcəyini düşünüb oxşar addımlar atmalıdır. Sözsüz ki, bu, onlar üçün daha çox vacibdir”, - Milli Məclisin deputatı qeyd edib.
Səttar Möhbalıyev əlavə edib ki, Azərbaycanla Gürcüstan arasında ölkə rəhbərləri çərçivəsində təşkil olunan qarşılıqlı səfərlər, aparılan müzakirələr, imzalanan sənədlər, həmçinin yeni layihələr üzərində iş əməkdaşlığımızın gələcək uğurlarından xəbər verir.
Bölməyə aid digər xəbərlər

Tarix: 9-10-2023, 11:54 Oxunub: 132
Bölməyə aid digər xəbərlər
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
26-08-2022, 09:00
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO