16:00 / 23-11-2024
Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
15:30 / 23-11-2024
Bazar gününün havası açıqlandı
13:16 / 23-11-2024
Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
12:19 / 23-11-2024
Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
11:55 / 23-11-2024
70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
11:50 / 23-11-2024
Daha bir ölkə Netanyahunu həbs edəcək
11:42 / 23-11-2024
Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
10:20 / 23-11-2024
COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
10:14 / 23-11-2024
Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
09:46 / 23-11-2024
"Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
09:18 / 23-11-2024
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
09:04 / 23-11-2024
Paşinyan Poqosyana yüksək vəzifə verdi
09:00 / 23-11-2024
Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
08:57 / 23-11-2024
Bakıda COP zolaqları ləğv olunur
08:52 / 23-11-2024
Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
08:39 / 23-11-2024
Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
08:21 / 23-11-2024
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
16:00 / 22-11-2024
Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
15:30 / 22-11-2024
Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
14:22 / 22-11-2024
Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
14:00 / 22-11-2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
11:28 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
11:23 / 22-11-2024
Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11:09 / 22-11-2024
Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
11:03 / 22-11-2024
"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlətlər bir daha gördülər ki, Azərbaycanda xalq-dövlət birliyi mövcuddur
Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır. Kürəkçay sülh müqaviləsindən sonra Azərbaycan xanlıqları ilə Rusiya arasında digər Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının da Rusiyanın tərkibinə daxil olduğu daha iki – 1813-cü ildə Gülüstan sülh müqaviləsi və 1828-ci ildə Türkmənçay müqaviləsi olubQarabağ Azərbaycanın qərbində yerləşən tarixi bölgələrindən biridir. Bəzi məlumatlara görə, "Qarabağ" anlayışı VII əsrdən etibarən işlənməyə başlanmış, XII əsrdən etibarən isə geniş yayılmışdır.
Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. Sovet hakimiyyəti dövründə 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kv.km ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bununla da, bu ərazidə separatçılıq meyllərinin əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XVIII əsrdən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlarına yiyələnmək iddiası dayanır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başladı. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün fəaliyyətə keçdi. 1987-89-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovuldu, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirildi, 1154 nəfər isə yaralandı.
20 fevral 1988-ci ildə DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdi. 1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.
Azərbaycan Respublikasının Vətən müharibəsi savaşında zəfər çalması tarixi əhəmiyyət kəsb edir. Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qüdrətli Azərbaycan ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımızı Qarabağı mənfur erməni işğalından azad etdi. Vətən yolunda şəhidlik zirvəsinə ucalanlar da oldu, qazi adını alanlar da.
Ermənistan işğal tarixindən 27 sentyabr 2020-ci il tarixinədək Azərbaycan dövlətinə qarşı təhdidlərlə çıxış edirdi. Düşmən ölkə rəhbərliyi “yeni ərazilər uğrunda yeni müharibə” aparmaq iddiasında idi.Nəticədə düşmənin bu fikri iflasa uğradı, anladılar ki, Azərbaycan artıq 90-cı illərdəki Azərbaycan deyil. Bəli, Azərbaycan dövləti artıq əvvəlki deyil, bu gün onun etibarlı müttəfiqləri var, Azərbaycan güclü dövlətdir, ən müasir silahlarla silahlanmış ordusu var.Azərbaycan müstəqil siyasət yürüdür. 27 sentyabr 2020-ci il tarixdən davam edən hərbi əməliyyatlarda Azərbaycan ordusu böyük şücaət göstərərək üstünlük əldə etdi. Üçtərəfli bəyannamənin imzalanmasına qədər 44 günlük müharibə ərzində təqribən 300 yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə , çoxsaylı strateji yüksəkliklər düşməndən azad edildi. Düşmən dövlət müharibə gedişində hər cür çirkin əməllərə əl atdı, mülki əhalini atəşə tutdu, Gəncədə, Bərdədə və digər yerlərdə insan tələfatı ilə nəticələnən terror aktı törətdi, yaşayış mənzilləri bombalandı. Əslində baş verən bütün bu hadisələr düşmənin olduqca rəzil, gücsüz durumda olduğunu göstərirdi.Azərbaycan dövləti isə tam əksi olaraq beynəlxalq hüquq normalarına, müharibə qaydalarına riayət edərək, öz torpaqları uğrunda haqq savaşı apardı. Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlətlər bir daha gördülər ki, Azərbaycanda xalq-dövlət birliyi mövcuddur. Bu birlik yumruq halında birləşmişdir. Cənab Prezidentin dediyi kimi “bu yumruq düşmənin başını əzən yumruqdur, qələbəni dəmir yumruq hesabına qazandıq.
Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəbin
tarix müəllimi Vüqar Nuriyev
Bölməyə aid digər xəbərlər

Tarix: 13-10-2023, 13:23 Oxunub: 71
Bölməyə aid digər xəbərlər
14-06-2023, 11:18
İlham Əliyev fərman imzaladı
31-03-2023, 09:00
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötür
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
28-12-2022, 13:02
Qərbi Azərbaycana qayıdış haqq davamızın yeni səhifəsidir
27-09-2022, 00:00
Məmməd Əliyev: 44 günlük Vətən müharibəsi birliyimizi, həmrəyliyimizi, hər bir əsgərimizin Vətən sevgisini ortaya qoydu
25-04-2022, 09:29
Mehman Soltanov: Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi tarixi bir hadisədir
30-03-2022, 16:33
AHİK-də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR
29-03-2022, 08:00
Namizəd İsmayılov : 31 mart Soyqırımını xalqımız heç vaxt unutmayacaq
19-03-2022, 09:34
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
3-03-2022, 02:22
İbrahim Cəfərov: Xalqın etimad ünvanı
22-11-2021, 10:14
Putinin sərhədləri müəyyənləşdirmək üçün bəhs etdiyi xəritələr üzə çıxdı: SENSASİON DETALLAR - FOTO/VİDEO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO