12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Müstəqillik illərində Azərbaycanın uğurlu inkişafı göstərdi ki, iqtisadi və siyasi islahatlar paralel şəkildə həyata keçirildiyi təqdirdə uğurla nəticələnir
Azərbaycanda həyata keçirilmiş islahatlar göstərir ki, onlar paralel şəkildə aparıldıqda gözəçarpan tərəqqi ilə nəticələnə bilər. Əlbəttə ki, Azərbaycanın Avropa Şurasında üzvlük illəri çox sürətli iqtisadi və siyasi dəyişikliklər illəri oldu.
Müstəqilliyin ilk illəri xalqımız üçün həddindən artıq böyük çətinliklərlə və fəlakətlərlə yadda qaldı. Əvvəlcə, sosial narazılıq, iqtisadi çətinliklər, siyasi, iqtisadi və hərbi böhran, Azərbaycanın əvvəlki rəhbərliyinin yarıtmaz idarəçiliyi, bütün bunlar elə bir çətin vəziyyətə gətirib çıxardı ki, hətta dövlətçiliyimiz belə sual altına çəkilmişdi. Bu vəziyyət nəticəsində 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başladı. Bu, müasir tariximizin ən ağrılı hissəsinə çevrildi.
Beləliklə, islahatlar 1990-cı illərin ortalarında başladı. Azərbaycanın yeni demokratik Konstitusiyası qəbul edildi. İqtisadi və siyasi islahatlar isə qeyd etdiyim kimi, paralel şəkildə aparıldı və ölkəmizin müstəqillik illərində nail olduğu böyük tərəqqi ilə nəticələndi.
Avropa Şurasına qoşulmaq bizim düşünülmüş seçimimiz oldu. Çünki biz islahatların genişləndirilməsi üçün bu təsisatın üzvü olmaq istəyirdik. Əlbəttə, bilirdik ki, Avropa Şurasına qoşulmağımız, həmçinin öhdəlikləri nəzərdə tutacaqdır. Biz isə bunlara hazır idik. Bu günə qədər biz öhdəlikləri yerinə yetiririk. Xanım sədrin qeyd etdiyi kimi, biz demək olar ki, 60-a yaxın konvensiyaya qoşulmuşuq. Qanunvericiliyimizi təkmilləşdirmişik. Bu gün həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə çox müsbət mühit yaradır.
Fundamental azadlıqlara gəldikdə, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Siyasi fəaliyyət azadlığı vardır. Yüzlərlə siyasi təşkilat, partiya mövcuddur. İfadə azadlığı, mətbuat azadlığı vardır. Qırxdan artıq gündəlik və təxminən iki yüz həftəlik və aylıq qəzet çıxır. Respublika səviyyəsində doqquz televiziya kanalı vardır. On dörd bölgə və on dörd kabel televiziya kanalı fəaliyyət göstərir. Bizdə azad internet vardır. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən artıqdır. Hazırda hökumətimiz böyük sərmayələri tələb edən layihəni həyata keçirməkdədir
Ölkəniz güclü iqtisadi inkişafa və yoxsulluğun azaldılmasına nail olub. Bu günə qədər Azərbaycan Avropa Şurasının 59 konvensiyasına qoşulub və ratifikasiya edib.
Azərbaycan Prezidentini Avropa İttifaqının prezidenti Şarl Mişel və İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloni və digər liderlərin təbrik etdiyini söyləyib: “ATƏT-in seçkilərlə bağlı tənqidi rəyi olsa belə onun nəticələri şübhə altına ala bilməz. Sözsüz ki, indi onlar nəsə yazırlar. Amma burada seçkini müşahidə etmiş başqa missiyaların da mövqeyi var. Reallıq isə odur ki, bu seçkilər adi bir proses deyildi. Onlar da məhz bunu anlamır. Çünki bu, Azərbaycan xalqının cənab Prezidentə təşəkkürü, münasibəti, birliyini nümayiş etdirmək aktı idi. Amma onlar qələbə sevinci, torpaqların azad edilməsini, regionda olan reallığı başa düşmürlər. Bir çox hallarda isə bunu başa düşmək istəmirlər. Kənardan verilən təlimat məhz bunu təlqin edir. Buna baxmayaraq orada da düşünən insanlar var”.
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviçin Prezident İlham Əliyevi 7 fevral növbədənkənar prezident seçkilərindəki qələbəsi münasibəti təbrik etməsi əslində bir çox məsələlərə tam aydınlıq gətirir. Avropa Şurasının baş katibi cənab Prezidenti təbrik edirsə, onun alt qurumları, xüsusən də AŞPA-dan da bu addımlar atılacaq. Onlar da zəng edəcəklər, təbrik üçün gələcəklər. Çünki indi fərqli bir Azərbaycan var. Elə bir reallıq yaranıb ki, bununla hesablaşmamağa heç kəsin cürəti çatmaz.
Avropa Şurası mühüm beynəlxalq birlik kimi, öz öhdəliklərinə görə ədalət, bərabərlik və üzvlərinin suverenliyinə hörmət prinsiplərinə riayət etməyi rəhbər tutmalıdır. Lakin son günlər bəzi avropalı deputatların Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə qarşı əsassız ittihamları beynəlxalq hüququn prinsiplərinə əməl olunması və dövlət suverenliyinə hörmətlə bağlı ciddi suallar yaradır. Bu, Azərbaycana qarşı açıq qərəzli münasibətdən xəbər verir. Azərbaycan digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini daim rəhbər tutur. Bununla yanaşı, uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. Onun sözlərinə görə, ölkəmizə qarşı bu cür qərəzli yanaşma Avropanın diplomatik nüfuzuna xələl gətirə, bir çox beynəlxalq məsələlərin həllini çətinləşdirə bilər. Və bu qərəzli yanaşmadan aydın görünür ki, Avropa Şurası tərəfindən ölkəmizə qarşı açıq Azərbaycanofobiya, İslamofobiya nümayiş olunur.
Azərbaycan nümayəndə heyətinin etimadnaməsini şübhə altına almaq əvəzinə, açıq dialoq və konstruktiv əməkdaşlıq təşviq edilməlidir. Bu, hər hansı anlaşılmazlığı aradan qaldırmaq və ölkələr arasında etimadı qorumaq demək olardı: “Beynəlxalq hüquq hər bir dövlətin hüquq və vəzifələrinə hörmət etməyi tələb edir. Aydın sübutlarla dəstəklənməyən ittihamlar, bu prinsipin pozulmasına gətirib çıxara və regionda əlavə gərginlik yarada bilər”.
Avropa Şurasının təbriki hələlik ilk addımdır: “Bir müddətdən sonra ismarıc gələcək ki, gəlmək istəyirlər. Hətta az vaxt keçdikdən sonra deyəcəklər, Azərbaycana qarşı bu qərarı kim qəbul edib? Az qala deyəcəklər ki, bu necə olub görməmişik? Ona görə də, prosesləri zamanın axarına buraxmaq lazımdır. AŞPA-ya Serbiya, Türkiyə, Ukrayna məktub yazıb. Bunlar hələ ki, açıq şəkildə atılan addımlardır. Amma daxildə də diplomatik səviyyədə bu danışıqlar aparılacaq. Təxribatçının, (almaniyalı deputat Frank Şvabe - T.Q.), korrupsionerin, kimdən tapşırıq aldığı hər kəsə bəllidir. Sadəcə olaraq həmin adamlar AŞPA boyda təşkilatı belə bir tələyə salıblar. Bunu gec də olsa dərk edəcəklər. Bütün bunlara baxmayaraq, Azərbaycanın yaratdığı yeni reallığa münasibətdə dünya miqyasında, o cümlədən, Avropanın özündə də yanaşmaların dəyişəcəyini hər kəs görəcək”.
Maştağa qəsəbəsi, 293 nömrəli tam orta məktəbin
müəllimi Vüqar Nuriyev
Bölməyə aid digər xəbərlər

Tarix: 11-03-2024, 15:26 Oxunub: 118
Bölməyə aid digər xəbərlər
13-11-2023, 08:45
Eltun Süleymanov: “ Azərbaycan Konstitusiyası Ulu Öndərin şah əsəridir”
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
4-04-2023, 17:51
Millətin qəlbində həmişə yaşayan unudulmaz şəxsiyyət
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
15-06-2022, 09:09
Milli Qurtuluş Günü Azərbaycanın möhtəşəm zəfərlərinin bünövrəsidir
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 15:37
İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU