12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb

Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb



“Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı ilə əlaqədar Beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda baş tutması adi hal alıb ki, bu da dövlətimizə olan inam və etibarı əks etdirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi son illər qlobal problemlərin həlli yollarının birgə axtarışına dəvət edən və bu barədə dünya ictimaiyyətini məlumatlandıran olduqca vacib beynəlxalq diskussiya məkanına çevrilib. Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin mövzusu bundan öncəki forumlarda olduğu kimi, son dərəcə aktualdır. Bildiyimiz kimi hazırda dünyada gərginlik durmadan artır, mürəkkəb proseslər, ağır fəsadlara yol açan dağıdıcı müharibələr baş verir. 
Dövlətimizin başçısı cənab İlham Əliyev tədbirdə çıxışı zaman iştirakçıları regionda baş verən hadisələr, yeni reallıqlar, İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərinin səbəbləri və nəticələri barədə ətraflı məlumatlandırdı.Prezident İlham Əliyev çıxışında qeyd etdiki;”Əfsuslar olsun ki, bizim münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu, səbəbini isə mən artıq izah etdim. Beləliklə, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir. İndi baş verən də məhz budur. İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Bu, bizim ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyimiz antiterror əməliyyatının nəticəsidir ki, Azərbaycanda separatçılığa birdəfəlik son qoyduq və suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik”. Prezident İlham Əliyev çıxışında Fransanın ölkəmizə olan qərəzli mövqeyinə xüsusi olaraq toxundu. Ümumiyyətlə, işğalı, separatizmi dəstəkləməsi çoxdan bu müstəmləkəçi ölkənin əsl mahiyyətini, simasını ortaya qoyub. Rəsmi Paris bəzən elə rollar oynayır ki, insan haqlarından ağızdolusu elə danışır ki, sanki 21-ci əsrin müstəmləkə dövləti bu deyil. Həmçinin Fransa hökuməti artıq xaos halına gəlmiş özlərinin daxili məsələlərini unudaraq uydurmalar əsasında Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edib. Nəticə də bəllidir, hamısında rəzil duruma düşüblər, arzuları puç olub”. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini birləşdirən inklüziv və yaxşı platformadır. Forumda müzakirə olunan məsələlər tövsiyələrə çevrilir və beynəlxalq ictimaiyyətə təqdim olunur. Bundan başqa, Bakıda keçirilən qlobal forum özünü yeni yanaşmaların işlənib hazırlanması və səmərəli müzakirələr üçün son dərəcə əlverişli və mötəbər platforma kimi təsdiqləyib. “Parçalanmış dünyanın bərpası” mövzusunda öz işinə başlayan XI Qlobal Bakı Forumunda 70 ölkədən 350-dən çox qonağın, o cümlədən müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etməsi Azərbaycanın və Prezident İlham Əliyevin iradəsinə, humanistliyinə olan etimadın bariz nümunəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, Qlobal Bakı Forumunun dünya əhəmiyyətli diskussiya platformasına çevrilməsi ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu artırmaqla yanaşı, ölkəmizi dünyaya, dünyanı Azərbaycana daha yaxşı tanıtdırmağa zəmin yaradır. Qlobal Bakı Forumunun verdiyi imkanlardan ölkəmiz milli maraqlarımızın müdafiəsi, problemlərimizin həlli baxımından maksimum yararlanır. 
Maştağa qəsəbəsi 293 saylı tam orta məktəbin 
coğrafiya müəllimi Mail Kərimov


Tarix: 16-03-2024, 10:57 Oxunub: 25


Bölməyə aid digər xəbərlər