12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İki dövlət bütün prinsipial məsələlər üzrə hər zaman bir-birinin yanındadır




Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin vəzifəsinin icrasına başlamasından sonra ilk səfərlərindən birini Azərbaycana etməsi Azərbaycan-Gürcüstan əlaqələrinin müsbət tendensiyasından xəbər verir. Aydındır ki, Bakı və Tbilisi arasında münasibətlər regionda çoxşaxəli xarakter daşıyır. İlk növbədə cənab İlham Əliyevin cənab Kobaxidze ilə birgə bəyanatında da ifadə etdiyi kimi, bu əlaqələr dərin tarixi köklərə əsaslanır. “Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulmuşdur.
Gürcüstanın Azərbaycan Prezidentinin müəllifi olduğu bir sıra qlobal layihələrin mühüm həlqələrindən biri kimi çıxış etməsi isə münasibətlərimizə qlobal xarakter gətirib. Gürcüstan Baş nazirinin Bakı səfəri çərçivəsində isə Azərbaycan Prezidentinin Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması barədə məlumat verməsi və qısa müddət sonra dəmir yolunun ötürmə qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılacağını bəyan etməsi regionun nəqliyyat xabına çevrilməsi prosesində Azərbaycan-Gürcüstan əlaqələrinin həlledici rollardan birini oynadığını göstərməkdədir.
Məlumdur ki, 2020-ci ildə Vətən müharibəsi və ötən ilin sentyabrında antiterror tədbirləri ilə Azərbaycanın özünün ərazi bütövlüyü və suverenliyini təmin etməsinin ardınca Fransa, Avropa Parlamenti, AŞPA kimi beynəlxalq və regional subyektlərin Azərbaycanın enerji və nəqliyyat siyasətinin sanksiyalara məruz qalacağına dair təhdidlər yağdırması, qarayaxma kampaniyaları təşkil etməsinə şahid olduq. Lakin Gürcüstanın Baş nazirinin səfəri çərçivəsində cənab İlham Əliyevin Azərbaycan qazını alan ölkələrin sayının 8-ə çatması və yaxın gələcəkdə bu ölkələrin sayının artacağına dair bəyanatı bu təhdidlərin əslində sabun köpüyündən ibarət olması reallığını meydana çıxardı. Dövlət başçımızın da dediyi kimi, reallıq ondan ibarətdir ki, “Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır və artacaq.
Azərbaycanın həm resursları, həm sərmayə qoymaq üçün maliyyə imkanları, həm də Gürcüstanın timsalında tranzit imkanları geniş olan etibarlı tətəfdaşlıqları Bakıya enerji layihələrini bundan sonra genişlənirməyə imkan verir. Əlbəttə, bu, eyni zamanda Gürcüstan üçün də həyati əhəmiyyətə malik məsələdir və Tbilisi bu prosesdə Bakı ilə eyni gündəliyi bölüşür. Bu mənada, Gürcüstanın yeni Baş nazirinin Azərbaycana səfəri, cənab İlham Əliyevi də Gürcüstana dəvət edərək bunun özləri üçün böyük şərəf olduğunu bildirməsi ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinin şimal-qərb qonşumuz üçün də prioritet olduğunu göstərir.
Turqay Qəribov-Ramana bələdiyyəsinin sədri


Tarix: 19-03-2024, 09:42 Oxunub: 13


Bölməyə aid digər xəbərlər
26-08-2023, 09:26 Şərəfli xidmət missiyası