16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Aqiyə Naxçıvanlı: “Azərbaycanın verdiyi şansları qaçırmaq rəsmi İrəvanın növbəti tarixi səhvi ola bilər”

“2023-cü ilin dekabr ayında dünya ölkələrinin yekdil qərarı ilə bu il keçiriləcək BMT-nin növbəti İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi etmək hüququ Azərbaycana verilmişdir. Etiraf olunmalıdır ki, artıq uzun illərdən bəri istənilən bir sahədə ən mötəbər beynəlxalq tədbirləri keçirmək təcrübəsini əldə edən ölkəmizin COP29-u da Azərbaycanın adına və nüfuzuna layiqli səviyyədə təşkil edəcəyinə və hətta bu Konfransın keçirilməsi proseduruna yeni, daha yüksək standartlar gətirəcəyinə bu gün heç kim şübhə etmir. Aprelin 23-də ADA Universitetində öz işinə başlamış “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda aparılan müzakirələr də dünyanın COP29-dan kifayət qədər böyük gözləntilərinin olduğunu deməyə əsas verir. Beynəlxalq forumda iştirak edən cənab Prezident İlham Əliyev COP29-un çox böyük məsuliyyət olduğunu və burada söhbətin təkcə təşkilati məsələlərdən deyil, həmçinin nəticələrin əldə edilməsindən də getdiyini vurğuladı.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat öz fikirlərini davam etdirərək bildirib ki, Prezident İlham Əliyevin tədbir iştirakçılarının suallarını cavablandırarkən təqdim etdiyi detallı açıqlamalar bir çox önəmli məqamlara aydınlıq gətirib. A.Naxçıvanlı xüsusilə dövlət başçısının sinerji layihələri ilə bağlı səsləndirdiyi fikirlərin böyük marağa səbəb olduğunu vurğulayıb: “Azərbaycan zəngin qazıntı yanacağı ehtiyatlarına malik ölkədir. Bu status Azərbaycana Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində getdikcə önəmini artıran aparıcı mövqelərdən birini tutmaq imkanı verib. Təbii ki, bu gün planetar miqyasda problemlər yaradan iqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli istiqamətlərindən biri də yaşıl enerjiyə keçidi nəzərdə tutur. Lakin bu məsələ heç də yaxın gələcəkdə, həm də kəskin keçidlə öz həllini tapacaq bir məsələ deyil. Cənab Prezident İlham Əliyev bu mövzuda ona verilən növbəti suallardan birini cavablandırarkən birmənalı olaraq bəyan etdi ki, qazıntı yanacağına dünyada hələ uzun illər ərzində tələbat olacaq və bunun əksini söyləmək sadəlövhlük olardı. Bu gün dünya iqtisadiyyatının, qlobal miqyasda sənayenin bərpaolunan enerji növlərinə keçidə hələ hazır olmadığı nəzərə alınmalıdır. Belə olan vəziyyətdə isə əlbəttə ki, ən yaxşı yol dövlət başçımızın təklif etdiyi kimi, əlçatmaz hədəflər qoymaq yox, sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir. Azərbaycan artıq bir neçə müddətdir ki, bunu edir. Keçən ilin oktyabrında ölkəmizdə 240 meqavat gücündə ilk günəş elektrik stansiyasının açılışı baş tutdu. Bu il üçün isə cənab Prezident əlavə dörd günəş və külək elektrik enerjisi stansiyasının təməlinin qoyulacağını anonsladı. Həm də qeyd olundu ki, bu, sadəcə bir başlanğıcdır. Çünki Azərbaycanın həm dənizdə, həm də quruda nəhəng külək və günəş elektrik enerjisi potensialı var. Buraya su elektrik stansiyaları da əlavə olunsa Azərbaycan elektrik enerjisi istehsalı üçün istifadə etdiyi qazın əhəmiyyətli bir hissəsini bərpaolunan enerji mənbələri ilə əvəz edəcək.”
Daha sonra A.Naxçıvanlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdə Ermənistan üçün çox cəlbedici təkliflərin yer aldığını və rəsmi İrəvan üçün ona Azərbaycan tərəfindən yaradılan imkanlardan yararlanmaq şansını əldən buraxmağın tarixi səhv olacağını vurğulayaraq bunları deyib: “Möhtərəm dövlət başçımız Zəngəzur dəhlizindən bəhs edərkən bu layihənin əslində Ermənistana zərurətinin heç də Azərbaycandan az olmadığını açıq mətnlə qeyd etdi. Cənab Prezident Zəngəzur dəhlizinin sadəcə dəmir yolu və avtomobil yolu deyil, eyni zamanda həm də elektrik kabeli, qaz boru kəməri funksiyalarını da daşıya biləcəyini diqqət mərkəzinə çəkdi. Təbii ki, bu halda Azərbaycan Naxçıvanın elektrik enerjisi və təbii qazla təchizatında xeyli irəliləyəcək. Lakin Ermənistan da bu layihələrdən maksimum yararlana bilər. Həmçinin Ermənistan Qara dənizin dibi ilə çəkiləcək kabelə də qoşulmaq istəyir, çünki bu nəhəng layihə də əlavə enerji imkanlarını yaradacaq. Lakin bu şansı əldə etmək üçün Ermənistan yenə də Azərbaycanla münasibətlərini nizamlamalıdır ki, bunun da əsas şərtlərindən biri məhz Zəngəzur dəhlizinin açılmasıdır. Bütün bu proseslərə start verə biləcək başlanğıc nöqtə isə yalnız sülh sazişinin imzalanmasıdır ” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini sona çatdırıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 25-04-2024, 16:31 Oxunub: 48
Bölməyə aid digər xəbərlər
1-03-2024, 14:49
Gülüstan sarayında mühüm iclas: Prezident çıxış edib - YENİLƏNİB
18-12-2023, 16:10
Eltun Süleymanov: “COP29 Azərbaycanın uğur hekayəsi olacaqdır”
16-12-2023, 19:14
Aqiyə Naxçıvanlı: “Dünya ölkələri Azərbaycana növbəti dəfə böyük etimad göstərdilər”
16-12-2023, 09:15
Kamran Cəfərov: Azərbaycanın növbəti uğuru
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
26-05-2023, 11:18
Vüqar Səlimov: Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO