16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”

“Dövlətimizin və xalqımızın mənafeyinə söykənən ölkəmizin xarici siyasi strategiyası tam müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu xarakter daşımaqla beynəlxalq münasibətlər sistemində mövqelərimizi daha da möhkəmləndirir, nüfuzunu durmadan yüksəldir. Azərbaycan hər zaman hansısa xarici dövlətin, qütbün yox, yalnız özünün milli maraqlarından çıxış edir. Məhz çoxşaxəli və tarazlaşdırılmış, konkret hədəflənmiş, ədalət üzərində qurulan xarici siyasətin göstəricisidir ki, hazırda son dərəcə gərgin və mürəkkəb proseslərin yaşandığı bir dönəmdə ölkəmiz etibarlı tərəfdaş kimi tanınır. Əminliklə demək olar ki, bütün istiqamətlərdə - Avropa, Asiya, Afrika, Amerika dövlətləri ilə əlaqələrimiz daim inkişafdadır. Səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində özünü göstərir. Bu uğurların təməlində, təbii ki, ölkəmizin rəhbəri cənab İlham Əliyevin dünya siyasətini hərtərəfli, o cümlədən tarixi, nəzəri və praktik baxımdan dərin bilməsi, qətiyyətli mövqeyi və siyasi iradəsi, həmçinin regional və beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfələr dayanır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ölkələri ilə əlaqələr üstünlük təşkil edir: ”İttifaqda təmsil olunan dövlətlərdən doqquzu ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Bu həm də həmin ölkələrin dövlətimizə olan marağının və etimadının əlamətidir. Azərbaycanla əlaqələri daim inkişaf edən Avropa dövlətlərindən biri də Almaniyadır. Dünyanın siyasi-iqtisadi müstəvisində əhəmiyyətli rol oynayan bu dövlətlə Azərbaycan arasında ümumilikdə 80-ə yaxın sənəd imzalanıb. Bu da münasibətlərimizin səviyyəsini göstərən mühüm faktordur. Rəsmi Berlin hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıb, böyük dövlət imicini qoruyaraq Azərbaycan-Ermənistan münasibətlərində neytral olub, obyektiv yanaşma sərgiləyib, hətta normallaşma prosesinə öz dəyərli töhfələr verib. Məncə, dost ölkənin xarici işlər naziri Annalena Berbokun təşəbbüsü ilə Almaniyada reallaşan Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü xatırlatmaq yerinə düşər. Bu, iki ölkənin anlaşması üçün vacib təmas idi və buna görə də Azərbaycan Almaniyaya təşəkkürünü də çatdırmışdı”.
“Bu gün Almaniya Azərbaycanın Cənubi Qafqazda müsbət rolunu, sülh və təhlükəsizliyə, iqtisadi inkişafa gətirdiyi reallıqları aydın görür, əlaqələrin genişlənməsinə çalışır. Həmçinin Azərbaycanın güvənli, mövqeyinin dəyişməz olması, atdığı hər bir imzasına yüksək dəyər verməsi dost ölkənin diqqətindən yayınmır. Bu da dövlətlərimiz arasında xüsusən iqtisadi əməkdaşlığın dərinləşməsinə səbəb olub. Azərbaycanda mövcud olan möhkəm sabitlik və əlverişli investisiya mühiti Almaniya şirkətlərinin diqqətindədir. Odur ki, bu ölkənin 249 şirkəti Azərbaycanda qeydiyyata alınıb. Statistkaya baxsaq, görərik ki, Almaniyadan bizim neft-qaz sektorumuza 53,4 milyon, qeyri-neft sektoruna isə 762,1 milyon dollar sərmayə yatırılıb. Azərbaycandan isə Almaniyaya 569,7 milyon dollar investisiya qoyulub. Bu da, təbii ki, yüksək göstəricidir. Ölkələrimiz arasında ticarət dövriyyəsi də qənaətbəxş səviyyədədir”, - Milli Məclisin deputatı qeyd edib.
AHİK sədri bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin Berlində keçirilən “Petersberq İqlim Dialoqu” formatındakı müzakirələrə dəvət olunması bir yandan Azərbaycanın dünyada artan nüfuzu, iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstəklə bağlıdırsa, digər tərəfdən bu, bilavasitə Prezidentimizin şəxsi hörmətindən irəli gəlir: “Cənab İlham Əliyev tədbirdə çıxışında COP29-la bağlı bəyan etdi ki, biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hər zaman üzərinə düşən öhdəliklərə məsuliyyətlə yanaşan və ləyaqətlə icra edən Azərbaycan COP29-a ev sahibliyini də mükəmməl səviyyədə təşkil edəcək. Əminik ki, burada gəlinəcək qənaət və qəbul olunacaq qərarlar iqlim dəyişikliyi ilə mübarizədə kifayət qədər effektli olacaq. Ölkəmizin yaşıl enerji siyasəti uğurla icra olunur. Bu il daha 1300 meqavat gücündə günəş və külək enerji stansiyalarının tikintisinə başlanılacaq. Önümüzdə isə daha böyük hədəflər var. İnanırıq ki, 2030-cu ilədək bu sahədə Azərbaycanda mənzərə tamam fərqli olacaq, yüksək nailiyyətlərə imza atacağıq. Prezidentimiz həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna da toxundu və qarşıdakı planları açıqladı. Görünür, bu qitəyə təbii qaz ixracımız artmaqdadır. 2027-ci ilə qədər ixracı 20 milyard kubmetrə çatırmaq nəzərdə tutlub”.
“Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfransı zamanı dövlətimizin başçısı jurnalistin Azərbaycanda insan hüquqları və mətbuat azadlığı ilə bağlı ona ünvanladığı sualını da cavablandırdı. Bilirik ki, insan hüquqları dövlətimiz tərəfindən prioritet hesab edilən əsas mövzudur və vətəndaşlarımızın bu aspektdə bütün hüquqları təmin olunur. Uzun illərdir ölkəmizdə azad mətbuat formalaşıb, hər kəsin öz fikrini tam sərbəst şəkildə ifadə edir. Üçdə bir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr edilən Konstitusiyamız bu azadlıqları ali dəyər kimi qiymətləndirir. Dövlətimiz də hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir”, - Səttar Möhbalıyev fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 27-04-2024, 08:58 Oxunub: 70
Bölməyə aid digər xəbərlər
10-01-2024, 08:45
Səttar Möhbalıyev: “BƏƏ Prezidentinin ölkəmizə səfəri inkişaf edən münasibətlərdə yeni səhifələr açacaq”
21-12-2023, 08:58
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
20-12-2023, 08:44
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
15-09-2023, 14:50
Səttar Möhbalıyev: “Azərbaycanın tranzit imkanları Mərkəzi Asiya ölkələri üçün faydalıdır”
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
15-06-2022, 09:09
Milli Qurtuluş Günü Azərbaycanın möhtəşəm zəfərlərinin bünövrəsidir
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO