Ağstafada müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə dahi rəhbərin xatirəsi dərin hörmət və ehtiramla yad edilib
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov - “10 may 2024- cü il tarixdə Prezident İlham Əliyev Şuşada şəhərinə köçmüş ilk sakinlərlə görüşüb. Şuşalılarla görüşdə Prezident İlham Əliyev tarixi hadisə münasibəti ilə onlara səmimi fikirlərini çatdırıb. Otuz iki ildən sonra şuşalılar doğma şəhərlərinə, ata-baba ocaqlarına qayıtdılar. Prezident İlham Əliyev vurğuladı ki, “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər””.
Xalqımız 44 gün ərzində bir yumruq kimi birləşdi və tarixi ədaləti, azərbaycanın ərazi bütövlüyünü təmin etməyə nail oldu. Özləri haqqında uydurmalar yayan, miflər formalaşdıran mənfur düşmən Azərbaycan torpaqlarını əbədi olaraq işğal altında saxlaya biləcəklərini düşünürdü. Xalqımız ona məxsus olanı gec-tez geri almaq üçün bir yumruq kimi birləşdi və torpaqlarını geri qaytardı. Bu baxımdan da 44 günlük Vətən müharibəsi şanlı tariximiz kimi yaddaşlara həkk olunub. 8 noyabr 2020-ci il də Şuşanın azad edilməsi xalqımız üçün olduqca tarixi və qürurverici bir hadisə idi. Prezident İlham Əliyevin də vurğuladığı kimi “Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”.
Azad edilmiş bütün tarixi torpaqlarımızda olduğu kimi Şuşada genişmiqyaslı quruculuq işləri görülür: “Ümummilli Lider Heydər Əliyevin doğum günündə üçüncü yaşayış kompleksinin təməlinin qoyulması isə xüsusi ilə əlamətdar bir hadisə idi. İlk sakinlərini qarşılayan tarixi Şuşa şəhərində hazırda da böyük infrastruktur layihələri gerçəkləşdirilir. Şuşanın tarixi abidələrinin bərpası həyata keçirilir Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib. Vaqifin məqbərəsi yenidən qurulub, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olunub, Mamayı məscidinin bərpadan sonra açılışı edilib. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmıb. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu”.
Seymur Orucov Qarabağ və Şərqi Zəngəzurun yenidən dünyanın ən gözəl güşələrindən birinə çevriləcəyini söyləyib: “Bütün bunlara əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan strategiya nəticəsində nail olunub. Müstəqilliyini bərpa etmiş Azərbaycanda 90-cı illərin əvvəllərində hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Şuşanı müdafiə etməyə o vaxtki yarıtmaz AXC-Müsavat cütlüyünün cəsarəti çatmırdı. Təəsüf ki, həmin tör-töküntülər Azərbaycan xalqının tarixi Zəfərinə sevinə bilmir və əksinə ermənilərlə əlbir olub tarixi qələbəmizə kölgə salmağa çalışır. Təbii ki, müdrik Azərbaycan xalqı məhz 1993-cü ildə də Ulu Öndər Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşərək Azərbaycanın bu günü və gələcəyi üçün sarsılmaz güc formalaşdırdı. Vətən müharibəsindəki tarixi qələbə, 2023-cü ildə bir günlük antiterror tədbirlərinin davamı olaraq Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş kəndləri bir güllə atılmadan geri qaytarılır. Həyata keçirilən delimitasiya, demarkasiya Azərbaycanın şərtləri əsasında həyata keçirilir ki, bu da növbəti zəfər hesab olunur. Sözsüz ki, Prezident İlham Əliyev tarixi Şuşa şəhərində bir daha o dövrün reallıqlarına nəzər salmaqla Azərbaycana qarşı olan haqsızlıqlara diqqəti çəkdi”.
Bölməyə aid digər xəbərlər