12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov və Elnur Hüseynov barədə yazılanlar həqiqəti əks etdirmir - MÖVQE




Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov və Elnur Hüseynov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. Bu, insanların xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Onların haqqında yazmağa ehtiyac varmı? Bu yazılar onlara lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov və Elnur Hüseynovun məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə naminəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov və Elnur Hüseynovun haqqında yazmaq, onların tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə Taleh Qaraşovun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.

Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov və Elnur Hüseynov öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən məmurdur ki, o, hər bir ehtiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov və Elnur Hüseynovun haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı, vətənpərvər olan bir insanlara qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov və Elnur Hüseynov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyiblər. Çünki onlar, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıblar. Mübarizə apardıqları bir sahə olub, o da onlara tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüağdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Lənkəran ictimaiyyəti Ümummilli Lideri dərin hörmət və ehtiramla yad ediblər


Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötür. Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Ümummilli Lider ömrünü müstəqil Azərbaycan dövlətinin varlığını qorumağa həsr etdi, xalqın ən çətin günlərində ağır məsuliyyəti çiyinlərinə götürdü, inam və əzmlə ölkənin siyasi quruluşunun qorunmasına, dövlətin möhkəmlənməsinə, beynəlxalq arenada müstəqil siyasi təsisat kimi fəaliyyət göstərməsinə nail oldu. Hər bir vətəndaş müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyevi anmağı, yad etməyi özünə mənəvi borc bilir. Dekabrın 12-də səhər saatlarından başlayaraq Lənkəran rayon ictimaiyyəti də Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, onun əziz xatirəsini böyük hörmət və sonsuz minnətdarlıq hissləri ilə anıblar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının işçiləri, hüquq mühafizə orqanlarının rəhbər heyəti, habelə rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri Ulu Öndərin abidəsi önünə tər gülllər düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin əks olunduğu foto stendə baxış keçirilib, eyni zamanda, dahi şəxsiyyətin abidəsi önünə güllər düzülüb, ona olan hörmət və ehtiram ifadə edilib.
Qeyd edək ki, Lənkəran rayon ictimaiyyəti gün ərzində Ulu Öndərin abidəsini ziyarət edərək ona olan vəfa borcunu yerinə yetiriblər.
Ulu Öndər, ruhun şad olsun!










Tarix: 13-12-2022, 09:33 Oxunub: 150


Bölməyə aid digər xəbərlər